İQTİSADİYYAT
® Bu kampaniyada kredit faizini özünüz seçirsiniz
Planları reallaşdırmaq üçün fürsətləri əlçatan edən “Rabitəbank” ASC, 30 min AZN-dək “Nağd Pul Krediti” kampaniyası ilə müştərilərini fürsətlərdən yararlanmağa dəvət edir. Ən maraqlısı isə kredit faizini seçməyi müştərilərə həvalə etməsidir. Kredit faizləri 12 faiz, 13 faiz, 14 faiz və 15 faiz olmaqla, sizin seçiminizə əsasən dəyişir.
Qeyd edək ki, “Rabitəbank”ın təklif etdiyi kampaniya iyunun 24-dək keçərlidir. Nağd pul kreditindən faydalanmaq istəyənlər bankın istənilən filialına müraciət edə, həm də saytdan onlayn şəkildə (https://rbt.az/KREDIT-al) asanlıqla əldə edə bilərlər.
30 min AZN-dək nağd pul kreditini, həmçinin bankın digər əlaqə vasitələrindən – “Rabita Mobile” tətbiqindən, “RabitaBot” çatbotu ilə messencer və ya teleqram vasitəsilə, 4133 qısa nömrəsinə “Kredit” yazıb göndərərək, “133” Çağrı mərkəzinə zəng etməklə əldə etmək mümkündür.
“Rabitəbank”ın təklif etdiyi kampaniyadan yararlanan bütün müştərilərə “Yaşıl Kartmane Kredit” kartı (Visa Rewards/MC World ) 1 illik hədiyyə veriləcək.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.