İQTİSADİYYAT
® “Bütün taksitlər Milana aparır” lotereyasının üçüncü tirajı keçirilib
Xəbər verdiyimiz kimi, "Kapital Bank" "BirKart" müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 15 may – 15 sentyabr 2018-ci il tarixləri arasında partnyor mağazalar şəbəkəsində "BirKart" ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib qiymətli hədiyyələr qazana bilər.
Avqustun 24-də lotereyanın 3-cü tirajı keçirilib, 100 müştəri 50 manat pul, 10 müştəri 300 manatlıq ölkə daxili səyahət sertifikatı və bir nəfər “iPhone X” qazanıb. Qaliblərin siyahısı saytda qeyd olunub – www.kapitalbank.az/news/milan-475.
Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Sentyabrın 24-də, son tiraj zamanı daha 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və bir nəfər “iPhone X” əldə edəcək. Bir nəfər isə əsas hədiyyəni Milana 2 nəfərlik səyahət və 2000 manat qazanacaq.
Qeyd edək ki, "BirKart"ı artıq məvacib və pensiyasını "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, "Kapital Bank"ın istənilən filialına kart üçün müraciət edə bilərlər. "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin 1,5 faizdən 30 faizədək Cashback imkanı. Visa kartları əsasında olan "BirKart" 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
"BirKart" haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın “facebook” səhifəsinə www.facebook.com/birkart.az müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.