İQTİSADİYYAT


® Cari ilin əvvəlində alman krossoveri “Mercedes-Benz GLC Coupe” yenilənib

Cari ilin əvvəlində alman krossoveri “Mercedes-Benz GLC Coupe” yenilənib.

“Mercedes-Benz GLC Coupe” ön fənərlərin daha ciddi baxışına malik olub. Üstəlik “Coupe” modelinin radiator barmaqlığının “almazlı” naxışı qorunub-saxlanıb. Avtomobilin fənərləri standart olaraq işıqdiodlarından hazırlanır, matrisa tipli fənərlər isə əlavə opsiya olaraq sifariş etmək mümkündür. Bundan başqa, avtomobilin bamperləri, radiator barmaqlığı, arxa fənərləri və təkər diskləri dəyişib, kuzovdakı xromun miqdarı artıb.

Salonda baş verən əsas dəyişiklik sensorlu düymələri olan sükan çarxıdır. Yeri gəlmişkən, bu sükan çarxı artıq standard avadanlıq olaraq təklif edilir.

Multimedia sisteminin ekranı sensorludur, sistem isə, səs və jestlərlə idarəetməni dəstəkləyir. Mərkəzi tonneldəki lövhə yerini taçpada verib. Bundan başqa, musiqinin, mikroklimatın, massaj funksiyasının, oturacaqların havalandırmasının və qızdırılmasının idarə edilməsini sinxronlaşdıran “Energizing” funksiyası da peyda olub.

Yeni modelə sifarişlərin qəbulu artıq başlanıb. İlk avtomobillərin Azərbaycana çatdırılması isə yalnız 2019-cu ilin avqustunda nəzərdə tutulub.

Sifariş üçün Azərbaycanda “Mercedes-Benz” rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Autostar Kaukasus

Telefon.: (+99412) 496-50-50 / (+99412) 976-50-50

Abşeron Avtomobil Mərkəzi

Telefon.: (+99412) 347-78-00

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.