İQTİSADİYYAT


® Dörd qapılı “Mercedes-AMG GT 4-Door Coupé” indi Azərbaycanda

Unikal dizayn, maksimal rahatlıq və 4 qapılı “fastback” yığımlı fenomenal idman texnikası modelin fərqləndirici xüsusiyyətləridir. “AMG GT” ailəsinə 4 qapılı kupenin əlavə edilməsi, “Mercedes-AMG” avtomobilinin unikal imkanlarını özündə ehtiva edən gündəlik avtomobil axtarışında olan alıcılar üçün xüsusi imkanlar yaradır.

Tamamilə yeni “Mercedes-AMG GT 4-Door Coupé” saatda 315 kilometrədək sürətlənir. Müasir güclü V6 və V8 mühərrikləri 435 at gücündən 639 at gücünədək inkişaf etdirə bilir, yüksək performans göstəricilərinə baxmayaraq, aqreqatlar əla effektivlik nümayiş etdirir, belə ki, yanacaq sərfiyyatı orta hesabla 9,1 – 11,2 l/100 kilometr, atmosferə CO2 emissiyası isə 209-256 q/km təşkil edir.

Tamamilə yeni “Mercedes-AMG GT 4-Door Coupé” idman avtomobilləri ailəsini tamamlayır. Burada oturacaqların ikinci cərgəsi kifayət qədər genişdir, ön hissənin tərtibatı isə mükəmməldir.

Sifariş üçün Azərbaycanda “Mercedes-Benz” rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur.

Autostar Kaukasus

Telefon: (+99412) 496-50-50 / (+99412) 976-50-50

Abşeron Avtomobil Mərkəzi

Telefon: (+99412) 347-78-00

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.