QAN YADDAŞI


Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb. Əvvəlcə şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, anım mərasimində çıxış edən Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov keçmiş Sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan direktor onun milli oyanış hərəkatı kimi tarixi önəmini vurğulayıb: "Xalqın çətin anında yalnız ulu öndər Heydər Əliyev Rusiyanın paytaxtı Moskva şəhərində mətbuat konfransı təşkil edərək qanlı faciəni dünya ictimaiyyətinə çatdırıb və onunla bağlı bəyanat verib".

A.İbadov bildirib ki, məhz ümummilli lider Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib. Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi Prezident İlham Əliyev tərəfindən əziz tutulur, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət göstərilir.

Daha sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək 1990-cı il yanvarın 20-də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu söyləyib. Bildirib ki, məhz həmin gün Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq, bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu, öz mübarizliyini, əyilməzliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirib.

Agentliyin monitorinq və nəzarət şöbəsinin analitik təhlil sektorunun müdiri Soltan Məmmədov isə çıxışında 1990-cı ilin yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini söyləyib. Bakı sakinlərinin paytaxtda baş verən bu qanlı hadisəni heç vaxt unutmayacağını bildirib.

Sonda tədbir iştirakçılarına 20 Yanvar şəhidlərinə həsr olunan film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.