İDMAN


® Fərid Xəlilov: Məqsədimiz Azərbaycanda voleybolun inkişafına töhfə verməkdir

Cəmiyyətdə hər zaman öz peşəsinin sevən insanlara ehtiyac duyulur. Məqsədimiz Azərbaycanda voleybolun inkişafına töhfə verməkdir.

Bu sözləri Azərbaycan Voleybol Federasiyasının baş katib Fərid Xəlilov deyib.

İdman sahəsində təcrübəsi nəzərə alınan F.Xəlilov 2019-cu ildə Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubuna prezident vəzifəsinə təyin olunub. O, bu vəzifəyə təyin olunduqdan sonra klubun inkişafı istiqamətində mühüm addımlar atıb.

F.Xəlilov fəaliyyəti haqda danışarkən deyib: “Məqsədimiz Azərbaycanda voleybol deyiləndə, insanların gözündə bir sevinc parıltısının yaranmasıdır və idman növünün inkişafına töhfə verməkdir”.

Maliyyəçi, idarəçi və ictimai fəal olan F.Xəlilov iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alıb, universiteti bitirdikdən sonra yerli və beynəlxalq şirkətlərdə iqtisadçı olaraq çalışıb. Daha sonra təhsilini artırmaq məqsədilə Böyük Britaniyanın CİMA və ABŞ-ın maliyyə modelləşdirmə üzrə CFM təsnifatları əldə edib.

Onun ilk idman təcrübəsi isə 2013-cü ildə Birinci Avropa Oyunları ilə başlayır. Fərid Xəlilov Avropa Oyunların Təşkilat Komitəsinə çoxsaylı namizədlər arasından ən yaxşısı olaraq seçilir.

Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ikinci magistr dərəcəsi üzrə təhsil alan F.Xəlilov, eyni zamanda, Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında maliyyə üzrə müəllim olaraq çalışır.

F.Xəlilov 2022-ci il iyunun 30-da “Golden People Awards” layihəsində ilin uğurlu ictimai xadimi nominasiyasına layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.