CƏMİYYƏT


® Firəngiz Əbdüləzizi: Fərqli mədəniyyətlərlə tanışlıq insanı daha çox tolerant olmağa sövq edir

Trendlərin sürətlə dəyişdiyi dövrdə yaşayırıq. Son illərin trendləri arasında bloqlar önəmli yer tutur. Gündəmi tutmaq, məzmunu daim yeniləmək, oxucuların diqqətini canlı saxlayacaq çəkici ideyalar istehsal etmək bloger olmağın əsas şərtidir.

Xüsusilə səyahət və ya əyləncə sektorundan bloq yaradırsınızsa, daha yaradıcı olmalısınız. Müasir dövrdə insanların oxumağa olan həvəsi azaldığı üçün səyahət bloqları bu baxımdan daha cazibədardır. Sosial media platformalarında ön plana çıxan və minlərlə izləyicisi olan səyahət blogerlərindən biri də Firəngiz Əbdüləzizidir.

Ölkəmizin tanınmış səyahət blogeri Firəngiz Əbdüləzəzi bu günə qədər dünyanın bir çox ölkəsinə səyahət edib. Uğurlu blogerin səyahət etdiyi ölkələrdən olan görüntüləri sosial media izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanır.

İstedadlı bloger hesab edir ki: “Atalar məsəlində də deyildiyi kimi, yüz dəfə eşitməkdən, yaxud oxumaqdansa, bir dəfə görmək daha yaxşıdır. Çoxsaylı səyahətlərimin nəticəsi olaraq belə qənaətə gəldim ki, fərqli mədəniyyətləri görüb, fərqli dünyalarla tanış olmaq insanı daha çox tolerant olmağa sövq edir”.

Ən son Londonu səyahət edən gənc bloger dünyanın tarixi məkanları haqda maarifləndirici bloqlar hazırlayır. O, ilin uğurlu səyahət blogeri, eyni zamanda, “Selfie Travel” turizm şirkətinin baş satış meneceridir.

Firəngiz Əbdüləzizi 30 iyun 2022-ci il tarixində “Golden People Awards” layihəsində İlin istedadlı səyahət blogeri nominasiyasına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.