İDMAN


® “Gaming League Azerbaijan” yeni layihənin icrasına başlayır

Bakı, 19 fevral, AZƏRTAC

“Gaming League Azerbaijan” Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi ilə fevralın 20-də yeni layihənin icrasına başlayır.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Azərbaycanda ilk dəfə “Valorant” turnirinə start veriləcək. Bütün dünyada geniş vüsət alan “Valorant” turniri hazırda əksər ölkələrdə böyük rəğbət qazanıb. “Gaming League Azerbaijan”ın bu növ üzrə yarış təşkil etməsinə əsas səbəb “Valorant” oyununa artan yüksək maraqdır. “I Valorant” turnirinin də bu baxımdan marağın böyük olacağı gözlənilir.

Yarışa hər biri beş iştirakçıdan ibarət 28 komanda qatılacaq. Turnir martın 3-dək davam edəcək.

Yarışı “YouTube” kanalında “Glahub” və “Instagram” şəbəkəsində “Glohub” səhifələrində izləmək mümkündür.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 30-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.