İQTİSADİYYAT


® “Huawei Mate 20 Pro” bazarda ən yaxşı kamerofon adlandırılıb

“Huawei” şirkətinin “Mate 20 Pro” flaqman modeli ötən ilin oktyabrında buraxılandan sonra smartfon mütəxəssisləri tərəfindən ən çox müzakirə olunan və texniki paramentlərinə görə əvvəlki modellərdən daha üstün hesab olunan bir smartfondur.

Şirkət özünün yeni flaqman modelini istehsal edərkən ən son nəsil texnologiyalardan istifadə edib.

Şirkət bu modeldə süni intellekt, daha inkişaf etmiş mobil bağlantı sistemi tətbiq edib. Buna görə də smartfon müxtəlif faylların yüklənməsində yüksək sürət nümayiş etdirir.

“Huawei Mate 20 Pro” “Wi-Fi” rejimindən mobil rejimə və ya əksinə daha sürətli və kəsintisiz bir keçid edə bilir ki, bu da istifadəçinin hər hansı bir ərazidə mobil bağlantı ilə “Wi-Fi” arasında keçid edərkən kəsintinin olmamasına şərait yaradır. Flaqman model smartfon mobil şəbəkə üzərindən 1.4 Gbit/s yükləmə imkanını dəstəkləyir.

Qeyd edək ki, bu model “DxO Mark” şirkətinin mütəxəssisləri tərəfindən sınaqdan keçirilib və şirkət bu modeli smartfon bazarında ən yaxşı kamerofon adlandırıb. “Huawei Mate 20 Pro” həmçinin “Android” sisteminin idarəetməsi altında işləyən smartfonların üçlüyündə yer alıb.

“Huawei” şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. “Huawei” dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.

“Huawei CBG” qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.