İQTİSADİYYAT
® “Huawei Porsche Design Mate 20 RS” - mükəmməllik və incəsənətin təcəssümü
“Huawei” şirkətinin yeni təqdim etdiyi tam bir premium model olan “Huawei Porsche Design Mate 20 RS” özündə təkcə süni intellektin istifadə olunduğu texnoloji yenilikləri əks etdirmir. Bu, həm də mükəmməl bir incəsənət əsəridir. “Porsche Design Mate 20 RS” mütəxəssislərin də dediyi kimi, doğurdan da texnoloji mükəmməlliklə incəsənətin təcəssümüdür.
Şirkətin yeni premium modeli “Porsche Design” ilə əməkdaşlıq şəraitində istehsal olunub. Şirkət bu modeldə “Mate 20 Pro” flaqman modelində olan demək olar ki, bütün texniki xüsusiyyətləri saxlayıb. Fərq yalnız RAM və yaddaşın həcmindədir. “Mate 20 Pro”dan fərqli olaraq “Porsche Design Mate 20 RS” lüks modeli daha çox, yəni 8 GB RAM və 256 GB daxili yaddaşa malikdir.
Artıq Sinqapur, London, Dubay kimi iri meqapolislərdə möhtəşəm təqdimatı baş tutan bu premium modelin Azərbaycanda da təqdimatı keçirilib. Ümumilikdə, bütün dünyada çox məhdud sayda satışa çıxarılmış “Porsche Design Mate 20 RS” premium modelinin Azərbaycanda da satışı məhdud sayda və yalnız “Baku Electronics” mağazalar şəbəkəsində həyata keçirilir.
Qiymətə gəldikdə isə “Porsche Design Mate 20 RS” “Mate 20 Pro”dan bahadır. Onu bahalı edən telefonun premium model olması, məhdud buraxılış sayı, incə dizaynı və istifadə olunmuş elementlərdir.
“Porsche Design Mate 20 RS” premium modeli qara və qırmızı rənglərdə istehsal olunub. Bu model öz həyatını üstün rəqəmsal texnologiyalar və xüsusilə də lüks seqment rəqəmsal texnologiyalarsız təsəvvür etməyən şəxslər üçün ideal bir seçimdir.
Qeyd edək ki, dünya üzrə Çin istisna olmaqla çox məhdud sayda ölkələrdə (BƏƏ, Səudiyyə Ərəbistanı, Sinqapur, B.Britaniya, Qatar və sair) satışa çıxarılmış bu model Qafqaz ölkələri və Belarusu əhatə edən regionda yalnız Azərbaycanda satışa çıxarılıb.
“Huawei CBG” qrupu və məhsulları haqqında daha ətraflı məlumat:
https://www.facebook.com/HuaweimobileAZ/