İQTİSADİYYAT
® “Huawei Porsche Design Mate 20 RS” lüks modeli hansı imkanlara sahibdir?
“Huawei” şirkəti ötən ilin oktyabrında yeni flaqman modeli olan “Mate 20 Pro” smartfonunu təqdim edib. Bir neçə ay sonra isə şirkət yeni premium model olan və “Porsche Design” ilə əməkdaşlıq şəraitində birgə istehsal etdiyi tam yeni bir lüks “Huawei Porsche Design Mate 20 RS” modelinin təqdimatını keçirib.
Dünyanın yalnız bir neçə regionunda təqdim olunmuş və məhdud sayda ölkələrdə satışa çıxarılmış “Huawei Porsche Design Mate 20 RS” lüks modeli özündən əvvəlki lüks model olan smartfonlardan texniki xüsusiyyətlərinə görə daha üstün imkanlara sahibdir. Bəs bu üstün imkanlar nədən ibarətdir? Bu imkanları nəzərdən keçirək.
Əslində, məhdud sayda istehsal olunmuş “Porsche Design Mate 20 RS” modeli özündən əvvəlki model “Mate 20 Pro”nun bütün texniki imkanlarını əvəz edib. Bunların sırasında dünyada ilk süni intellekt texnologiyalı 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış “HiSilicon” şirkətinin 8 nüvəli “Kirin 980” prosessoru, “Android P” əsaslı “EMIU 9.0” əməliyyat sistemi, 4200 mAh gücə sahib enerji akkumulyatoru, “Huawei SuperCharge” (40 W) 10 V/4A adapteri, simsiz enerji yığmaq üçün “Huawei Wireless Quick Charge” 15W qurğusu, 40, 20 və 8 meqapiksellik 3 arxa kamera və 24 meqapiksellik 1 ön kamera, 3D üz tanıma, eləcə də barmaq izi tanıma sistemi ilə üstün biometrik təhlükəsizlik sistemləri, IP 68 standartı ilə toz və sudan mühafizə imkanı və sair xüsusiyyətlər var. Lakin “Mate 20 Pro”dan fərqli olaraq “Porsche Design Mate 20 RS” modeli 8 GB RAM və 256 GB daxili yaddaş yerinə sahibdir.
Mühüm fərq əslində dizaynda öz əksini tapıb. Lyuks seqmentə daxil olan “Porsche Design Mate 20 RS” premium modeli arxa hissədə kamera yerində heç bir qabarıqlığa, çıxıntıya malik deyil, arxa hissə hər iki tərəfdən təbii dəri ilə örtülüb və bu əl işidir. Kameraların olduğu orta hissə şüşədir və bu hissədə yuxarıdan aşağıyadək nazik yarış zolağını xatırladan zolaqlar vardır. Premium model yalnız qara və qırmızı rənglərdə istehsal olunub.
Qeyd edək ki, dünya üzrə Çin istisna olmaqla çox məhdud sayda ölkələrdə (BƏƏ, Səudiyyə Ərəbistanı, Sinqapur, Böyük Britaniya, Qətər və sair) satışa çıxarılmış bu model Qafqaz ölkələri və Belarusu əhatə edən regionda yalnız Azərbaycanda satışa çıxarılıb və eksklüziv olaraq “Baku Electronics” mağazalar şəbəkəsində satılır.
“Huawei CBG” qrupu və məhsulları haqqında daha ətraflı məlumat:
https://www.facebook.com/HuaweimobileAZ/