İQTİSADİYYAT


® “Huawei” flaqman modelində təkmil biometrik təhlükəsizlik sistemi təqdim edib

“Huawei” şirkəti özünün yeni təqdim olunmuş “Mate 20 Pro” modelində son nəsil yeniliklər etməklə istifadəçilərə yeni nəsil smartfon təqdim edib.

Flaqman modelində üstün kamera, qısa müddətdə daha çox enerji yığılması, yeni prosessorla yanaşı, həm də yenilənmiş biometrik təhlükəsizlik sistemi tətbiq olunub.

Artıq “Huawei Mate 20 Pro” modeli istifadəçilərə təkmilləşmiş “Face Unlock” (üz tanıma sistemi ilə telefonun kilidinin açılması) sistemini “3D Face Unlock” ilə təqdim edib. Belə ki, istifadəçi sistemi ayarlayandan sonra telefonun kilidinin açılması üçün smartfonu yuxarı qaldıraraq öz üzünü skan etməlidir. “3D Face Unlock” sistemi insan üzünün daha dəqiq və dərindən tanıma üçün 3D kameranı istifadə edir ki, bu zaman kamera istifadəçinin üzündə 30 mindən çox nöqtəni oxuyaraq istifadəçinin üzünü və onun konturlarını formalaşdırır. “3D Face Unlock” sisteminin insan üzünü tanımasında səhvlik bir milyonda birin altındadır.

Həmçinin şirkət bu modeldə barmaq izi tanıma sistemini də tətbiq edib. İstifadəçilərin bu funksiyanı çox sevmələri nəzərə alınıb və bu sistem saxlanılıb.

Şirkət telefonda barmaq izi tanıma sistemi üçün sensor qurğu istifadə edib. İstifadəçi sadəcə olaraq ekranda müvafiq yerdə əks olunan barmaq izinin üstünə barmağını toxunduraraq telefonu aktiv edə bilər.

Şirkət öz smartfon modellərində üstün texnologiyaları tətbiq etməkdə davam edir.

“Huawei” şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər, məhsullar və xidmətlərlə təmin edir. “Huawei” dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.

“Huawei CBG” qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.