İQTİSADİYYAT
® “Huawei” smartfon satışları üzrə 3 lider şirkətdən birinə çevrilib
Qlobal texnologiya bazarında mühüm çəkiyə malik olan “Huawei” şirkəti 2018-ci ildə yeni rekorda imza atıb. Belə ki, şirkət ötən il 200 milyon smartfon satıb. Şirkət qeyd edib ki, satışların belə uğuru olmasında “P 20”, “Honor” və “Mate 20” seriyalı smartfonların xüsusi yeri olub.
Müqayisə üçün bildirək ki, şirkət 2010-cu ildə bazarda 3 milyon, 2017-ci ildə isə 153 milyon smartfon satıb. Qlobal texnologiya bazarını araşdıran “Canalys” şirkəti qeyd edir ki, 2018-ci ilin ikinci kvartalında “Huawei” “Apple” şirkətini keçərək smartfonların qlobal bazarda təchizatçısı olaraq “Samsung” şirkətindən sonra ikinci yerdə qərarlaşıb.
Şirkətin dünya bazarlarında satışlarının artmasında onun yeni flaqman modeli olan “Mate 20 Pro”nun özünəməxsus rolu var. Belə ki, “Mate 20 Pro”nun sahib olduğu texniki parametrlər onun qısa müddətdə populyar və istifadədə ən üstünlük verilən cihazlardan biri olmasını şərtləndirib.
“Mate 20 Pro” müasir və cəlbedici dizayna, keyfiyyətli, hətta makro çəkilişlər belə edə bilən kameraya, süni intellekt texnologiyasına sahib “HiVision” (müxtəlif əşyaların identifikasiyası və ya ərazinin yerinin təyini) funksiyasına, güclü enerji akkumulyatoruna sahibdir. Bundan başqa, o, dünyada ilk olaraq 7 nanometr mobil süni intellekt texnologiya əsaslı “Kirin 980” prosessoru ilə təchiz olunub.
Smartfon 3D üztanıma və barmaq izi tanınması vasitəsilə telefonun kilidinin açılması, enerjinin məsafədən simsiz ötürülməsi ilə digər qurğuların akkumulyatorunun doldurulması kimi inqilabi funksiyalarla da təchiz olunub. Smartfon həmçinin 4.5 G LTE bağlantını da dəstəkləyir.
Qeyd olunanlar sayəsində bu model artıq bir çox dövlətlərdə ən üstünlük verilən smartfon modelinə çevrilib. “Mate 20 Pro”nu artıq Azərbaycanda da əldə etmək mümkündür.
“Huawei CBG” qrupu və məhsulları haqqında daha ətraflı məlumat:
https://www.facebook.com/HuaweimobileAZ/