İQTİSADİYYAT


® İlin ən böyük inşaat xəbəri

Tam yeni, müasir inşaat həlləri təklif edən “Retaş” inşaat marketin açılış mərasimi keçirilib. Açılış mərasimində ölkənin ən tanınmış memar-dizaynerləri, iri inşaat şirkətlərinin nümayəndələri və inşaat sahəsində öz sözünü demiş aparıcı mütəxəssislər iştirak edib. Açılış nitqində “Retaş” markasının yaradıcılarından Arif Məmmədov inşaat marketin ölkənin inşaat bazarına yeni bir nəfəs gətirəcəyini vurğulayıb. Qeyd edilib ki, bu inşaat marketdə ziyarətçilər arzu etdikləri inşaat materiallarının ən yaxşılarını əldə edəcəklər. “Retaş” inşaat marketdə hər biri öz sahəsində lider olan markaların son məhsulları istehlakçıya təqdim olunur. Nəzərinizə çatdıraq ki, bu inşaat market Bakıda fəaliyyətə başlayan ilk dükan olsa da, bu il ərzində ölkənin digər şəhərlərində də filialları açılacaq. Bununla da, “Retaş” inşaatda yeni cığır açmağı planlayır.

“Retaş” inşaat marketdə satışı həyata keçirilən bir çox məhsul kateqoriyaları var: inşaat boyaları, sənaye boyaları, epoksi boyalar, mebel boyaları, laklar, dolğular, sement əsaslı quru inşaat qarışıqları, gips əsaslı məhsullar, keramoqranitlər, kafellər, metlaxlar, santexnika məhsulları, elektrik avadanlıqları, isitmə sistemləri, xırdavatlar və sairə.

Boya alıcıları üçün “Retaş”da marketdən ayrılmadan bir neçə dəqiqəyə istədikləri rəngdə boyanı əldə etmək imkanı var. Bunun üçün ən müasir rəngləmə aparatı və mütəxəssislər marketdə xidmətinizdə olacaq.

“Retaş”ın üstünlüklərindən biri odur ki, ilk yerli keramoqranit markası olan “NB Ceramic” məhsullarının eksklüziv satış hüququna malikdir. Burada siz 21-ci əsrin inşaat möcüzəsi hesab olunan Azərbaycan keramoqranitinin ən geniş çeşidi ilə qarşılaşacaqsınız. Seçilən keramoqranitlərin məkanınıza uyğun yerləşdirməsini professional dizaynerlər həyata keçirəcək.

“Retaş” ona görə unikaldır ki, inşaatın ən müxtəlif mərhələlərində, qaba inşaatdan son dizayn toxunuşuna qədər bütün materiallar birinci əldən son istehlakçıya təqdim edilir.

“Retaş”a gəlməklə siz inamla, tam rahat, güvənli gələcəyi özünüz inşa edəcəksiniz. İnşaat marketdə yaradılmış müsbət aura sizi pozitivə kökləyəcək.

“Retaş” inşaat marketin ünvanı: Azadlıq prospekti, 163. Tel.: +99412 562 17 47.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.