İQTİSADİYYAT


® “Improtex Motors” şirkəti hibrid və tam elektrik mühərrikli avtomobillərin satışını elan edib

“BMW” şirkəti ekoloji avtomobillər sahəsində inkişaf etməkdə davam edir. Elektrifikasiya avtomobil sənayesinin inkişafının əsas trendlərindən biridir. Elektromobillərə tələbat getdikcə artır, onlar hər il bütün dünyada yeni azarkeşlər əldə edirlər. Avtomobil həvəskarları üçün xoş xəbər “Improtex Motors” şirkətinin “BMW Group” ilə Azərbaycanda hibrid və tam elektrik avtomobillərinin təqdim edilməsi haqqında müqavilə bağlamasıdır. Bu isə o deməkdir ki, atmosferi karbon qazı ilə çirkləndirməyən və demək olar ki, səssiz hərəkət edən elektromobillər artıq Azərbaycan bazarına daxil olub. “BMW eDrive” texnologiyasının davamlı inkişafı, avtomobilin tamamilə elektrik olduğu halda belə sükan arxasında olmaqdan əsl zövq almağa imkan verir.

Artıq bu gün “Improtex Motors” şirkəti çox gözlənilən “BMW X5 xDrive45e” - tam elektrik rejimində sürmək imkanına malik olan yeni hibrid krossoverini təqdim edir.

Tam ötürücülü “BMW X5 xDrive45e” 3 litrlik benzin mühərrikli “BMW Efficient Dynamics”dən ibarət olan 6 silindrli 210 kVt (286 at gücündə), həmçinin 83 kVt (113 at gücündə) “BMW eDrive” elektrik mühərriki ilə təchiz olunub. Ümumilikdə mühərriklər 290 kVt (394 at gücündə) 600 N⋅m maksimal fırlanma anına malikdirlər. Ən son nəsil Steptronic 8 pilləli avtomatik ötürmə sistemi və “BMW xDrive” intelektual idarəetmə sistemi sayəsində tork həm elektrik enerjisi ilə işləyərkən, həm də daxili yanma mühərriklərindən istifadə edərkən bütün dörd təkərlərə ötürülür.

Yeni “BMW X5 xDrive45e”nin saatda 100 kilometr sürətlənmə dinamikası 5,6 saniyədir, maksimal sürət isə saatda 235 kilometrdir. Krossover elektrik rejimində saatda 110-135 kilometr sürətlə hərəkət edə bilir. Saatda 30 kilometr sürətə qədər elektrik ötürücüsü ilə hərəkət edərkən piyadaların akustik xəbərdarlıq sistemi ilə təchiz edilmiş “BMW X5 xDrive45e” onun yaxınlaşması barədə xəbərdarlıq edən xarakterik səs yayır.

“BMW X5 xDrive45e” akkumulyatorunun ümumi tutumu 24 kVt təşkil edir, batareya 67-87 kilometr səyahət ehtiyatını təmin edir. Akkumulyatorun 3,7 kvt gücündə olan cərəyandan doldurulması 6 saatdan az vaxt tələb edir. Qarışıq rejimdə yanacaq sərfi 2,1 l/100 kilometr təşkil edir, bu zaman atmosferə 49 q/km karbon qazı atılır.

Yüksək gərginlikli batareya elektrik mühərriki və güc elektronikası ilə yanaşı, “BMW i” avtomobillərinin yaradılması zamanı istifadə olunan “BMW eDrive” texnologiyasının əsas elementidir. 8 moduldan ibarət olan, hər birində 12 litium-ion hüceyrə olan yüksək gərginlikli batareyalar Dinqolfinqdə “BMW” zavodunda istehsal olunur.

“BMW i3” təkcə dünyanın ən populyar elektrik avtomobillərindən biri deyil, eyni zamanda, “BMW”nin Avropadakı bütün elektrikli avtomobillərin istehsalı və satışında lider olmasına imkan verən “BMW i”nin əsas modelidir.

Tezliklə “BMW” həvəskarları ekoloji cəhətdən təmiz və futuristik avtomobili – “BMW i3”i görə biləcəklər. Tam elektrik və hibrid mühərrikli avtomobilləri A.Salamzadə 33 ünvanda yerləşən “Improtex Motors” salonunda (əlaqə: 050-207-17-60 / 050-207-17-80 / 050-207-17-90) və ya Ə.Əlizadə 5 ünvanında yerləşən “Improtex Motors Exclusive”də (əlaqə: 050-250-17-70) sifariş edə bilərsiniz.

Qeyd edək ki, “BMW” 4 il (və ya 200 min kilometr) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir. Əlavə olaraq “BMW i” markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min kilometr), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min km) ayrıca zavod zəmanəti təqdim edilir.

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanıb. “Improtex Motors” şirkəti “BMW”, “Rolls-Royce Motor Cars”, “MINI”, “BMW i” və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.