İQTİSADİYYAT


® “Improtex Motors” şirkəti tam yeni “BMW X6” avtomobilini təqdim edib

Dekabrın 18-də “Improtex Motors” şirkəti Əbdülkərim Əlizadə küçəsi 5 ünvanında yeni açılmış “Improtex Motors Exclusive” satış-sərgi salonunda yeni “BMW X6” modelini təqdim edib. Bu, artıq avtomobil seqmentinin banisi olan kult idman SAC-ın (sports activity coupe) üçüncü nəslidir. Onun sələfi kimi, yeni “BMW X6” ABŞ-ın Spartanberq şəhərində “BMW Group” zavodunda istehsal olunacaq.

Təqdimat zamanı “Improtex Motors” şirkətinin baş direktoru Bayram Yaqubov qonaqları salamlayıb və yeni “BMW” modeli haqqında deyib: “Tam yeni X6 ekstremal dərəcədə idman üslubunda hazırlanmış ban, maksimal eksklüzivlik və yeni “BMW Iconic Glow” radiator qəfəsində əks olunan fantastik texnologiyalardan ibarətdir”.

Yeni “BMW X6” istehsal başlanandan etibarən dörd variantda təqdim olunacaq:

• “BMW X6 M50i” (530 at gücü, 750 N·m, sürətlənmə 4,3 saniyədə 0–100 km/saat),

• “BMW X6 xDrive40i” (340 at gücü, 450 N·m, sürətlənmə 5,5 saniyədə 0–100 km/saat),

• “BMW X6 M50d” (400 at gücü, 760 N·m, sürətlənmə 5,2 saniyədə 0–100 km/saat),

• “BMW X6 xDrive30d” (249 at gücü, 620 N·m, sürətlənmə 6,5 saniyədə 0–100 km/saat).

Əvvəlki sələfi ilə müqayisədə avtomobilin ölçüləri bir qədər dəyişib. Uzunluğu 26 millimetr (4935 mm) və eni 15 millimetr (2004 mm) artıb, təkər bazası 24 millimetr (2975 mm-ə qədər) uzadılıb. Yük yerinin həcmi dəyişməyib (580 litr), ancaq 40:20:40 nisbətində qatlanan arxa oturacaq sayəsində yük yerinin istifadə imkanları daha da artıb.

Yeni “BMW X6” radiator barmaqlığının “BMW Iconic Glow” işıqlandırılmasına malik olan markanın bütün avtomobilləri arasında birincidir. Avtomobilin kilidinin açılması zamanı barmaqlığın daxili hissəsi həlim ağ rəngdə işıqlandırılacaq, bundan əlavə, sürücü hətta avtomobili hərəkət etdirərkən belə barmaqlıq işığını aktivləşdirə bilər.

Yeni avtomobilin daha bir xüsusiyyəti “Sky Lounge” panoram şüşə damıdır ki, onun şəffaf səthi əvvəlki nəsil avtomobillə müqayisədə 83 faiz artıb. Damda ulduz səmasını təqlid edən 15 mindən çox LED elementlər quraşdırılıb. Standart təchizata qapılara yaxınlaşmanın işıqlanması funksiyası ilə işıq zolağı daxildir.

“BMW X6”nın ən çox tələbatı olan “xDrive40i” modifikasiyası 340 at qüvvəli 3 litrlik benzin R6 turbo mühərrikinə və 450 N·m fırlanma anına malikdir. Bu model saatda 100 kilometr həddinə 5,5 saniyəyə sürətlənir, səkkiz pilləli avtomatik və ön oxu qoşan “xDrive” tam ötürmə sistemi ilə təchiz olunur. Avtomobil “CLAR” modul platformasında inşa edilib, öndə ikiqollu, arxada isə çoxqollu asqıya malikdir. Asqının baza variantı yay və adaptiv amortizatorlardan ibarətdir. Opsional olaraq, tam pnevmatik asqını da sifariş etmək olar. Bundan əlavə, “BMW X6”nı tam idarə edilən şassi və aktiv arxa stabilizatorlar ilə sifariş etmək mümkündür.

Yeni “X6” üçün təklif edilən “M Sport” dəstinin tərkibinə xarici ban dəsti, salonun “idman” tərtibatı, yenidən tənzimlənmiş “M-asqı”, xüsusi buraxılış sistemi və elektronika ilə idarələnən arxa differensial daxildir. Alternativ olaraq “xOffroad” dəsti də təklif edilir. Bu dəstin tərkibinə altlığın gücləndirilmiş müdafiəsi, arxa differensialın qapanması, pnevmoasqı və hərəkət elektronikasının bir neçə xüsusi rejimləri daxildir. Ayrıca, qapılarda və bamperlərdə örtmələrin quraşdırılmasını nəzərdə tutan “xLine” dəstini də sifariş etmək olar.

Yeni “BMW X6”nın daha bir fərqləndirici xüsusiyyəti – “Driving Assistant Professional” kompleksi və ona daxil olan idarəetmə zamanı yardım, zolaqda saxlama sistemi, tıxacda idarəetmə köməkçisi, eləcə də yan toqquşmalardan müdafiədir. Bu cür sistemi olan avtomobil piyadalara reaksiya verir və arxadan toqquşma ehtimalı barədə xəbərdarlıq edir.

Qeyd edək ki, “BMW” 4 il (və ya 200 min km) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir.

“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanıb. “Improtex Motors” şirkəti “BMW”, “Rolls-Royce Motor Cars”, “MINI”, və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.