CƏMİYYƏT


® İntellektual oyun izləyərək “Nar”dan hədiyyə qazanmaq imkanı

Gənc nəslin intellektual inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstək olduğu “Breyn Rinq” intellektual bilik yarışının 14-cü mövsümü davam edir. Hər il olduğu kimi bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, yarışın yayımı zamanı “Nar”ın “Facebook” hesabında yerləşdirilən suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər. 

Noyabrda isə məntiqi suallara düzgün cavab verərək qalib olan “Facebook” istifadəçiləri Borçalı Qurbanov, Mehman İsayev və Fuad Anzurovdur.

Qeyd edək ki, “Breyn Rinq” intellektual yarışlarında respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar “Bilik” kuboku uğrunda mübarizə aparırlar. Yanvarın əvvəlinədək davam edəcək yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai TV vasitəsilə yayımlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.