İQTİSADİYYAT


® İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi davam edir

Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”ın baş sponsorluq etdiyi “Breyn Rinq” intellektual yarışlarının on üçüncü mövsümü davam edir. Kubok uğrunda mübarizə aparacaq 3 komandanın adı artıq məlumdur. Onlar “Gəncə”, “Nar” və “Kapital” komandalarıdır.

Qeyd edək ki, bu ilin martından başlayan yarışın on üçüncü mövsümü respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda ilə başlayıb. Komandalar yarışın baş sponsoru olan “Nar” tərəfindən təsis edilmiş “Nar” kuboku uğrunda mübarizə aparırlar. “Nar” kubokunun sahibi iyun ayında məlum olacaq.

Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai Televiziyada yayımlanır. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləməklə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər. Yarış efirdə yayımlandığı saatda “Nar”ın “Facebook” səhifəsində paylaşılan suala ən tez cavab verən şəxslər müxtəlif hədiyyələrlə təltif edilirlər. May və iyun aylarının qalibləri İsrafil Əhmədov, Mikayıl Mikayıllı, Əhməd Kamalov, Üzeyir Mehralı və Vüqar Şirinzadədir.

Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.