İQTİSADİYYAT
® “İrşad Elektroniks” “iPhone” şirkətinin rəsmi tərəfdaşı oldu
“İrşad Elektroniks” “iPhone” şirkətinin rəsmi tərəfdaşı oldu.
Bu barədə “İrşad Elektroniks” şirkətinin Reklam və menecer departamentinin rəhbəri Elnur Kərimov məlumat verib. Onun sözlərinə görə, “İrşad Elektroniks” şirkəti artıq bir ilə yaxın müddətdir ki, “iPhone” şirkətinin rəsmi tərəfdaşıdır. Lakin dırnaqarası iş adamlarının ölkə ərazisinə şəxsi istehlak adı altında, lakin əslində sahibkarlıq məqsədilə poçt vasitəsilə gətirilən mobil cihazların kütləviliyi “iPhone” məhsullarının “İrşad Elektroniks” şirkəti tərəfindən gətirilməsinə ciddi maneə idi. Bununla bağlı aidiyyəti dövlət qurumlarına etdiyimiz çoxsaylı müraciət nəticəsində və Dövlət Gömrük Komitəsinin, xüsusən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının bu sahəyə ciddi nəzarəti nəticəsində qaçaqmalçılıqla ölkə ərazisinə gətirilən mobil cihazlarda nəzərəçarpacaq azalma olub. “Yeri gəlmişkən, bununla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbərliyinə və bütün əməkdaşlarına “İrşad Elektroniks” şirkəti adından təşəkkür edirik,” – deyə departament rəhbəri bildirib.
Elnur Kərimov, eyni zamanda, “İrşad Elektroniks” şirkətindən alınan “iPhone” məhsullarının üstünlükləri barədə də məlumat verib. Belə ki, alınan “iPhone” məhsullarına BEYNƏLXALQ ZƏMANƏT verilir. Yəni “iPhone” məhsullarında zavod istehsalı problemi olduğu halda təmirə ehtiyac olmur. “Müştəri bizim servisə yaxınlaşmalı və problemi qeyd etməlidir. Daha sonra isə insan müdaxiləsi olmadan, xüsusi cihazlar vasitəsilə telefonda olan problemlərin diaqnostikası 3 gün ərzində həyata keçirilərək müəyyən olunur. Müştərinin qeyd etdiyi problem təsdiq olunduğu halda telefon təmir olunmur, birbaşa dəyişdirilir. Əgər ehtiyatda eyni model varsa 4 gün ərzində müştəriyə qeydiyyatdan keçirilmiş yeni telefon təqdim olunur. Ehtiyatda olmadığı təqdirdə isə telefon 14-21 gün ərzində müştəriyə çatdırılır. Nəticə müştərini qane etmədiyi halda, 3 gündən sonra problemin diaqnostikası üçün yenidən müraciət oluna bilər. Zəmanət, eyni zamanda, aksesuarlar üçün də bir il ərzində keçərlidir. Bizdən əldə etdiyiniz hər bir rəsmi məhsul üçün fərqli ölkələrdə “iPhone” servisi xidmətindən də istifadə edə bilərsiniz,” – deyə Elnur Kərimov vurğulayıb.
Müştərilər “iPhone” məsulları barədə ətraflı məlumat almaq üçün “İrşad Elektroniks” şirkətinin rəsmi saytı olan www.irtelecom.az saytına və ya *0171 qısa nömrəsinə müraciət edə bilərlər.