İQTİSADİYYAT


® İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Holcim Azərbaycan sement zavodunu ziyarət edib

Oktyabrın 11-də İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye Azərbaycana səfəri çərçivəsində Holcim Azərbaycan şirkətinin Qaradağ sement zavodunu ziyarət edib. Səfər çərçivəsində Jan-Rene Furniye Azərbaycanda fəaliyyət göstərən İsveçrə şirkətlərinin nümayəndələri ilə görüşmək istəyib. Azərbaycanın iqtisadi inkişafında və infrastruktur layihələrində Holcim kimi İsveçrə şirkətləri fəal iştirak edir. Bu şəkildə onlar Azərbaycan və İsveçrə arasında dinamik və yüksək səviyyəli iqtisadi əlaqələrə töhfə verirlər.

Səfərin məqsədi Holcim Azərbaycan şirkətinin indiki vəziyyəti ilə tanış olmaq idi. Jan-Rene Furniye və onun başçılıq etdiyi nümayəndə heyətinə Holcim Azərbaycan ASC-nin baş direktoru Frederic Guimbal tərəfindən son ilin nailiyyəti ilə bağlı məlumatı çatdırılıb.

F.Guimbal bildirib ki, Holcim Azərbaycan klinker, qalaq və kisə sementi istehsalında innovativ həllər tətbiq edən qabaqcıl müəssisələrdən biridir. Qlobal təcrübəyə və keyfiyyətə malik olan Holcim Azərbaycanın istehsal etdiyi sement ilə ölkədə bir sıra müasir tikililər ərsəyə gəlmişdir. Buna Heydər Əliyev Beynəlxalq Aeroportu, Ələtdə yerləşən Bakı Limanı, Koroğlu qovşağı, SOCAR-ın, Dövlət Neft Fondunun və “Azərsu” ASC-nin inzibati binaları, Yeni Bulvar, “Bakı Metropoliteni” QSC-nin yeni stansiyaları, Bakı Gəmiqayırma Zavodunu misal olaraq göstərmək olar. Zavod istər fərdi ustalar üçün, istərsə də strateji və innovativ layihələr üçün müxtəlif markalı sementlər istehsal etməyə qadirdir.

Qonaqlara sement istehsalından əlavə tullantıların idarə olunmasında da qlobal ekspert kimi çıxış edən Holcim şirkətinin təkər və neft tullantılarının utilizasiyası ilə bağlı şirkətdə olan imkanlar haqqında məlumat verilib. Bu sahədə olan həll yolları və atılmış ilkin addımlar və əldə olunana nəticələr barədə müzakirələr aparılıb. Təqdimatdan sonra qonaqlar sahədə aparılan işlərlə yaxından tanış olmaq üçün zavod ərazisinə gəzintiyə çıxıblar. Onlar tullantıların idarə olunması prosesi ilə bağlı yaradılan texnoloji proseslərlə yaxından tanış olublar. Qonaqlar görüşün təşkil olunmasında və ətraflı məlumatlara görə F.Guimbala və Holcim əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Tullantı emissiyaları müasir iqtisadi inkişafın ayrılmaz tərkib hissəsinə çevrilib. Onun təkrar emalı bir çox müəssisələr üçün zəhmət və yüksək sərmayə tələb edən bir prosesdir. Bu prosesə yanlış yanaşma və ya aşağı səmərəlilik, müəssisələri ciddi ekoloji və nüfuz risklərinə məruz qoya bilər. Bu baxımdan, ənənəvi yanacaq növlərinin bir hissəsinin alternativlərlə əvəzlənməsi ekoloji məsələlərin rasional həlli kimi çıxış edir və iqtisadi baxımdan yerli şəraitdə tullantıların emalının mümkün üsulunu təklif edir. Azərbaycanın tikinti sənayesi Holcim Azərbaycan şirkəti bu sahədə ilk addım artmışdır. Məhz bu imkan və texnologiyalar şirkət tərəfindən dünyaca məşhur Geocycle brendi altında fəaliyyət göstərir.

Holcim Azərbaycan 80 ölkədə 80 min işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən çox təcrübəyə malik olan dünya liderlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.