CƏMİYYƏT
® KRAUNKO-R MMC şirkətinə məxsus sahələrdə səpin və dərmanlama işləri aparılır
Hazırda KRAUNKO-R MMC şirkətinə məxsus sahələrdə səpin işləri yekunlaşmaq üzrədir. Taxıl istehsalını artırmaq məqsədilə əkin sahələri ildən-ilə genişləndirilir. İşğaldan azad olunmuş ərazilərdə: Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli, Xocavənd, Ağcabədi, bundan əlavə, İmişli və Zərdab rayonlarında yerləşən əkin sahələrində proseslər davam edir.
Son texnoloji avadanlıqlardan istifadə edilərək, hazırda 100-dən çox bu sahədə təcrübəsi olan mütəxəssis tərəfindən 50-55 min hektardan çox sahəyə arpa və buğda toxumları səpilir. Oktyabr ayının əvvəllərindən başlayan səpin işləri artıq yekunlaşmaq üzrədir, lakin gəmiricilərlə mübarizə davam edir.
Ziyanvericilərə qarşı mübarizə tədbirləri dayanmadan həyata keçirilir. Əkin sahələrini gəmiricilərdən qorumaq üçün xüsusi hazırlanmış dərmanlardan istifadə olunur. Bu mühafizə preparatları əkin sahəsində gəmiricilərin yaratdığı oyuqlara tökülərək üstü yenidən örtülür. Hazırda artıq təxminən 20 min hektar ərazi dərmanlanıb, bu proses bütün KRAUNKO-R taxıl sahələrinə tətbiq edilir.
Səpin, şumlama və dərmanlama işləri mütəxəssislər tərəfindən ən son texnoloji avadanlıqlardan istifadə edilərək aparılır və ümumilikdə məhsuldarlığın kifayət qədər yaxşı olacağı gözlənilir.