İQTİSADİYYAT


® “Kapital Bank” 2018-ci ilin nəticələrini açıqlayıb

"Kapital Bank"ın aktivləri bu il yanvarın 1-nə 3,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,5 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 2,9 milyard manat, əhalinin əmanətlərinin həcmi isə artaraq 1,2 milyard manat təşkil edib.

Yanvarın 1-nə bankın tutulmalardan sonra məcmu kapitalı 342 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manatdır.

Qeyd edək ki, "Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.