İQTİSADİYYAT


® “Kapital Bank” 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb

"Kapital Bank"ın aktivləri aprelin 1-nə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,5 milyard manat olub. Bankda müştəri depozitlərinin həcmi 2,7 milyard manat, əhalinin əmanətlərinin həcmi isə artaraq 1 milyard manat təşkil edib.

Bankın hesabat dövrünə tutulmalardan sonra məcmu kapitalı 391,2 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat olub.

Qeyd edək ki, "Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.