® “Kapital Bank” 2021-ci ilin I rübünün nəticələrini elan edib
AzerTAg.az

“Kapital Bank”ın aktivləri aprelin 1-nə 5,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.
Bankda müştəri depozitlərinin həcmi 4 milyard manat, tutulmalardan sonra məcmu kapitalı 705 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edib.
Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Xəbərin mətnində orfoqrafik səhv var