İQTİSADİYYAT


® “Kapital Bank” “Euromoney–2019” forumunda iştirak edir

"Kapital Bank" yanvarın 15-16-da Vyanada keçirilən XXIV "Euromoney–2019" forumunda iştirak edir. Ənənəvi olaraq hər ilin əvvəlində maliyyə sektorunun ən nüfuzlu tədbiri olan Mərkəzi və Şərqi Avropa ölkələri forumu keçirilir.

Tədbirdə iştirak edən dövlət rəsmiləri, investorlar, beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələri, regionda olan cari məsələlər və problemləri müzakirə edib, bu il üçün inkişaf planlarını açıqlayıblar. Beynəlxalq tədbirlərdə iştirak dünyanın müxtəlif şirkətlərinin inkişaf fəaliyyəti barədə aktual məlumatların toplanmasına kömək edir.

"Kapital Bank" bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.