İQTİSADİYYAT


® “Kapital Bank” “Global Finance” tərəfindən mükafatlandırılıb

"Kapital Bank" yanvarın 16-da Londonda keçirilən BAFT Assosiasiyasının tədbirində iştirak edib və dünyanın nüfuzlu "Global Finance" jurnalı tərəfindən "Ən yaxşı ticarət maliyyəçisi" ("Best Trade Finance Providers") mükafatına layiq görülüb.

Qaliblər əməliyyat həcmi, filial şəbəkəsi, müştəri xidməti, rəqabət qabiliyyəti, yenilikçi texnologiyalar və digər meyarlar üzrə seçiliblər. "Kapital Bank"ı tədbirdə idarə heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq təmsil edib.

"Bu il yenə də ənənəvi tədbirdə Azərbaycanı təmsil etdik. Tədbir zamanı bir sıra maraqlı görüşlərimiz oldu. "Kapital Bank" ticarət şəbəkəsinin və kiçik və orta sahibkarlığın maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən də "Global Finance" jurnalı tərəfindən xüsusi mükafata da layiq görüldük. Beynəlxalq əməkdaşlığa gəlincə, biz gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və Amerikadan, Avropadan, Asiyadan olan həmkarlarımızın təcrübəsindən yararlanacağıq", - deyə V.Sadiq bildirib.

Qeyd edək ki, 2018-ci ildə "Global Finance" jurnalı "Kapital Bank"ı Azərbaycanda "Ən Güvənli Bank" ("Safest Bank") adına layiq görüb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.