İQTİSADİYYAT


® “Kapital Bank” “Maliyyə lizinqi” məhsulunu təklif edir

“Kapital Bank” hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara bizneslərini inkişaf etdirmək üçün yeni “Maliyyə lizinqi” məhsulunu təqdim edir. Yeni məhsul vasitəsilə hüquqi şəxslər və sahibkarlar kənd təsərrüfatı, tibbi, tikinti, sənaye təyinatlı xüsusi texnikaların, nəqliyyat vasitələrinin və avadanlıqların alınmasını həyata keçirə bilərlər.

Maksimal olaraq 5 il müddətinə verilən “Maliyyə lizinqi” kreditdən daha sərfəli olmaqla aşağı illik faiz dərəcəsi ilə təklif edilir. Müqavilənin vaxtı bitdikdən sonra isə lizinqlə alınan əmlak sahibkara qalır. Bu məhsulu əldə edərkən əlavə girov tələb edilmir, ödəniş qrafiki isə müştərinin istəyinə uyğun tərtib olunur. Yeni məhsulu həm “Müştəri Bank” vasitəsilə onlayn, həm da “Kapital Bank”a müraciət etməklə almaq mümkündür. Həmçinin lizinqlə satış etmək istəyən şirkətlər “Kapital Bank”la əməkdaşlıq edə bilər.

“Kapital Bank”ın KOS müştəriləri üçün nəzərdə tutulan “Müştəri Bank” vasitəsilə lizinq və digər məhsulları ilə bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, bu məhsulu almaq istəyənlər qeyd edilən linkə - https://kbl.az/cbpcr və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.