İQTİSADİYYAT


® Kapital Bank Visa kartlarına endirim verən tərəfdaşlara əlverişli imkanlar təqdim edir

Bakı, 26 iyun, AZƏRTAC

Kapital Bank sahibkarlıqla məşğul olanlara, həmçinin tərəfdaş olmaq istəyənlərə mütəmadi qaydada güzəştli aksiya və kampaniyalar təqdim edir. Bu dəfə təqdim olunan yeni layihə “Visa International” şirkəti ilə birgə həyata keçirilir. Layihədə Azərbaycan və dünya üzrə bütün Visa premium kartları iştirak edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, şərtlərə görə, partnyorlar Visa premium kartları ilə nağdsız ödənişlər edən müştərilərə faiz endirimləri verərək, bir sıra üstünlüklərdən istifadə edə bilərlər. Belə ki, Visa Classic, Gold, Platinum, Signature və Infinite kart sahiblərinə endirim təqdim edən partnyorlar, Kapital Bank-ın endirimli komissiyalardan bəhrələnə, POS terminal və e-Commerce layihəsinə pulsuz qoşula bilərlər.

Həmçinin endirim təqdim edən şirkətlərin internet saytları olmazsa, onlara pulsuz sayt hazırlanma imkanı təqdim ediləcək. Əlavə olaraq bu layihə vasitəsilə partnyorlar ölkə daxilində və xaricdə yeni müştərilər qazanacaqlar.

Müraciət etmək istəyənlər (050) 255-01-96 nömrəsi və ya [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.