İQTİSADİYYAT


® “Kapital Bank” aztəminatlı ailələrdən olan abituriyentlərə dəstək göstərib

“Kapital Bank”ın və Aqrar İnnovasiya və Təchizat Şirkətinin dəstəyi ilə Sabirabad rayonunda yaşayan aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə sentyabr ayından sosial layihə başlayıb. Sabirabadın deputatı Kamal Cəfərovun təşəbbüsü ilə keçirilən layihənin şərtlərinə əsasən, həmin ailənin övladları “Kainat” Tədris Mərkəzində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak edəcəklər.

“Düşünən Azərbaycan Gənci” (DAG) platforması çərçivəsində keçirilən layihədə Sabirabadda yaşayan aztəminatlı ailələrin övladlarının yaşayış səviyyələri təhlil edilib, sonra onlar sınaq imtahanlarında iştirak edib və yüksək potensiala malik 12 gənc layihəyə cəlb olunub. Sentyabrın 26-da Sabirabad rayonu Heydər Əliyev Mərəzində keçirilən təqdimat zamanı deputat Kamal Cəfərov, “Kapital Bank”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Aqrar İnnovasiya və Təchizat Şirkətinin direktoru Tofiq Niftəliyev, “Kainat” Tədris Mərkəzinin, Sabirabad rayon təhsil idarəsinin rəhbərliyi, həmçinin digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Sabirabadın kəndlərində yaşayan gənclərin kurslara gəlib-getməsi üçün pulsuz nəqliyyat da ayrılıb. On ay davam edəcək layihə çərçivəsində hər gün 5 saat olmaqla müxtəlif fənlər üzrə tədris həyata keçiriləcək və hər ayın yekununda həm sınaq, həm də yoxlama testləri təşkil olunacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.