İQTİSADİYYAT


® “Kapital Bank” bizneslə məşğul olanlara sərfəli ipoteka krediti təqdim edir

“Kapital Bank” bizneslə məşğul olan şəxslər üçün sərfəli şərtlərlə ipoteka kreditləşməsi təklif edir. Belə ki, artıq bizneslə məşğul olan sahibkarlar 10 ilədək müddətə, illik 10 faizlə başlayan ipoteka krediti vasitəsilə daşınmaz əmlak əldə edə bilərlər.

“Kapital Bank”ın təqdim etdiyi bu təkliflə bizneslə məşğul olanlar bir sıra üstünlüklər əldə edirlər: üçüncü şəxsin adına olan əmlakları girov kimi əldə etmək olar, satıcıya bank tərəfindən zəmanət verilir, sığortalanma illik əsasda aparılır, icarə haqlarından birdəfəlik azad olunur, biznes obyektindən kənarlaşdırılması təhlükəsi olmur, əlavə daşınmaz əmlak əldə etmək olur və sair.

Qeyd edək ki, biznes ipotekası almaq üçün (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

“Kapital Bank”ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri “Xətai”, “Səbail”, “Nəsimi”, “Gənclik”, “Yasamal”, “Mərkəz”, “28 May” filiallarında, həmçinin Sədərək Ticarət Mərkəzində yerləşən “Ticarət” filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı, fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.