İQTİSADİYYAT


® “Kapital Bank” dünya nəhəngi ilə memorandum imzalayıb

“Kapital Bank” IT sahəsi üzrə beynəlxalq şirkət olan “IBM” ilə əməkdaşlığı əks etdirən anlaşma memorandumu imzalayıb. Bununla bağlı keçirilən imzalanma mərasimində “Kapital Bank”ın idarə heyəti sədrinin müavini, baş informasiya inzibatçısı Nahid Zeynalov və “IBM Ix” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə rəhbəri Yevgeniy Sokolov iştirak ediblər.

“Kapital Bank” bir sıra xidmətlərini müxtəlif texnoloji həllər üzərindən müştərilərinə təqdim edir. Gələcəkdə əksər layihələri həyata keçirmək üçün “IBM” şirkətini özünə tərəfdaş seçib. “IBM” ilə memorandum çərçivəsində “Kapital Bank”ın IT sahəsində çalışan əməkdaşları üçün təlimlər keçiriləcək. Bundan başqa, xarici mütəxəssislər tərəfindən həm ölkədə, həm də xaricdə müəyyən workshoplar təşkil olunacaq.

“Kapital Bank”ın 2018-2021-ci illəri əhatə edən strateji hədəflərinə uyğun olaraq rəqəmsal bankçılığa keçid əsas məqsədimizdir. Rəqəmsal bankçılığa keçid müasir dövrdə olduqca önəmli və vacib addım hesab olunur. Burada bank əməliyyatlarının və bir sıra proseslərin transformasiyası nəzərdə tutulur. Əməkdaşlığın ilkin mərhələsində bu ilin oktyabrında Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə IT forumun keçirilməsi nəzərdə tutulub. Forum zamanı dəvət olunmuş xarici mütəxəssislər öz təcrübələri ilə bölüşəcəklər”, – deyə “Kapital Bank”ın idarə heyəti sədrinin müavini, baş informasiya inzibatçısı Nahid Zeynalov bildirib.

Qeyd edək ki, “IBM” şirkəti 100 ildən artıqdır ki, dünya üzrə proqram təminatının və avadanlıqların istehsalçısı olaraq fəaliyyət göstərir. Bundan başqa şirkət IT-servislərin tətbiqi və konsaltinq xidmətlərini də təqdim edir. Dünya miqyasında lider olan “IBM” şirkətinin əsas strateji hədəfi, innovasiya və informasiya texnologiyaları sahəsində elmi-təhqiqat işlərinin aparılması və tətbiqidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.