İQTİSADİYYAT


® “Kapital Bank” fiziki şəxslər üçün onlayn növbə xidmətini təqdim edib

“Kapital Bank” müştəri məmnuniyyətinin artırılması, həmçinin xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə hər zaman yeniliklər və rahatlığı təmin edən funksiyalar təqdim edir. Budəfəki yenilik bankın 3 milyondan çox fiziki şəxs müştərilərinə aiddir. Belə ki, “Kapital Bank” onlayn növbə xidmətini təqdim edərək müştərilərin filiallarda gözləmə vaxtını minimuma endirir.

Onlayn növbə xidməti vasitəsilə müştərilər öncədən müəyyən edilən gündə və saatda seçdikləri filiala gələrək xidmət ala bilərlər. Bankın elektron növbə sistemi ilə təchiz edilən filial və şöbələrində arzu olunan vaxtı rezerv etməklə filialda növbənin olub-olmamasından asılı olmayaraq təyin edilən vaxtda xidmət almaq mümkündür. Yeni xidmətdən yararlanmaq üçün “Kapital Bank”ın korporativ saytındakı müvafiq bölməyə daxil olmaq və orada verilən xüsusi şifrəni nəzərə almaq lazımdır – “https://www.kapitalbank.az/online-queue”. Daha sonra təyin olunan vaxtda filial və ya şöbəyə yaxınlaşdıqda təqdim edilən şifrəni elektron növbə terminalına daxil edərək sıra nömrəsi götürmək lazımdır. Həmçinin 1 milyondan çox istifadəçisi olan, ölkənin ən məşhur mobil tətbiqi sayılan “BirBank”da da onlayn növbə xidmətindən istifadə etmək mümkündür. Müştərilərə rezerv etdikləri vaxtdan 5 dəqiqə əvvəl filiala yaxınlaşmaq tövsiyə olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.