İQTİSADİYYAT
® “Kapital Bank” ikinci rübün nəticələrini elan edib
Bankda müştəri depozitlərinin həcmi iyulun 1-nə 3,6 milyard manat olub. "Kapital Bank"ın aktivləri 4,9 milyard manat, müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat, bankda müştəri depozitlərinin həcmi 3,6 milyard manat təşkil edib. Bankın tutulmalardan sonra məcmu kapitalı 487 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manatdır.
Qeyd edək ki, "Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.