İQTİSADİYYAT
® “Kapital Bank” sahibkarlar üçün yeni konsepsiyalı “KOB Mərkəzi” filialını istifadəyə verib

Ölkə bankları arasında ən böyük filial şəbəkəsinə malik “Kapital Bank” Azərbaycanda ilk dəfə olaraq kiçik və orta sahibkarlar üçün yeni konsepsiyalı, “KOB Mərkəzi” filialını istifadəyə verib. Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 143 (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə) ünvanında yerləşən yeni filial əsasən sahibkarlar üçün nəzərdə tutulub, onlara daha keyfiyyətli və rahat xidmət göstərmək üçün bütün zəruri şəraitə malikdir.
Kiçik və orta sahibkarlara bütün növ bank xidmətlərini göstərən “KOB Mərkəzi” filialı bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir. Belə ki, bu filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan bəhrələnə bilərlər. Bundan başqa filialda müştərilərin rahatlığı üçün xüsusi görüş otaqları da mövcuddur.
Yeni filialda, həmçinin “Kapital Bank”ın “Mərkəz”, “Bakıxanov” və “Xətai” filiallarında olduğu kimi, 24 saat fəaliyyət göstərən, sayca 4-cü özünəxidmət sahəsi də yaradılıb. Özünəxidmət sahəsinə giriş, NFC funksiyasını dəstəkləyən, əvvəlcədən qeydiyyata alınan xüsusi kartlar vasitəsilə mümkündür. Xidmət sahəsində müştərilərin mədaxil və məxaric əməliyyatlarının aparması üçün ATM və ADM avadanlıqları quraşdırılıb.
“Bildiyiniz kimi, “Kapital Bank” kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verir. Hazırda bizim bir sıra filiallarımızda sahibkarlar və hüquqi şəxslər üçün xüsusi bölmələrimiz mövcuddur. Yeni konsepsiyalı “KOB Mərkəzi” filialımızda isə sahibkarlar daha rahat və sürətli bank xidmətlərindən yararlana biləcəklər. Ümid edirəm ki, ölkədə ilk dəfə təqdim olunan yeni filialımız sahibkarların ürəyincə olacaq”, - deyə “Kapital Bank”ın korporativ və KOS satış idarəsinin baş direktoru Fərid Hidayətzadə bildirib.
Qeyd edək ki, “Kapital Bank”ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri “Xətai”, “Səbail”, “Nəsimi”, “Gənclik”, “Yasamal”, “Mərkəz”, “28 May” filiallarında, həmçinin “Sədərək” ticarət mərkəzində yerləşən “Ticarət” filialı fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də var. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər. “Kapital Bank”ın müştərisi olmaq üçün sayta daxil olaraq, qeydiyyatdan keçmək lazımdır