İQTİSADİYYAT


® “Kapital Bank” tərəfindən krediti ödəniləcək müştərilər müəyyən olunub

Xəbər verdiyimiz kimi, “Kapital Bank” nağd pul krediti götürən müştərilər üçün “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə mayın 1-dən 31-dək kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər. 

Mayın 15-də lotereyanın ilk tirajı keçirilib və 3 müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub – www.kapitalbank.az/lotereya.

Lotereya aksiyası hələ də davam edir. Mayın 22-si, 29-u və iyunun 5-də keçiriləcək tiraj zamanı hər həftə üzrə 3 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi, son tirajda isə bir müştərinin maksimum 10 min AZN olmaqla bütün kredit məbləği “Kapital Bank” tərəfindən ödəniləcək.

Rəsmi gəliri olan hər kəs “Kapital Bank”dan 300–20 min manat aralığında olan “Gündəlik tələbat krediti”ni 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19 faizdən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az.

Həmçinin “Kapital Bank”dan 3000 manatadək kredit götürüb, ayda cəmi 99 manat ödəniş etmək mümkündür. Şərtlərə əsasən, kredit zaminsiz verilə bilər və kredit götürənlərə “BirKart” hədiyyə olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.