İQTİSADİYYAT


® “Kapital Bank” və Boğaziçi Universitetindən bir ilk

“Kapital Bank”ın İnsan Kapitalı Akademiyası dünyanın nüfuzlu universitetlərindən olan və Türkiyədə yerləşən Boğaziçi Universiteti ilə unikal bir yeniliyə imza atıb. 

“Mükəmməl Menecment” adı ilə gerçəkləşən mini-MBA formatında keçirilən liderlik inkişaf proqramı bankın kadr potensialının gücləndirilməsi məqsədi daşıyır. Bankın müxtəlif rəhbər vəzifələrində çalışan 18 əməkdaşı 7 ay ərzində universitetin professor-müəllimlərindən və bankın təcrübəli ekspertlərindən ibarət heyət tərəfindən tədris alıb, imtahanlarda iştirak edib və sonda araşdırma layihəsi hazırlayıblar.

Sentyabrın 6-da İstanbulda proqramın bağlanış mərasimi – “Məzun tədbiri” keçirilib. Tədbiri giriş sözü ilə açan “Kapital Bank”ın idarə heyətinin sədri Rövşən Allahverdiyev proqramın əhəmiyyətindən danışıb və bank üçün əməkdaşlara investisiyanın ən prioritet istiqamət olduğunu vurğulayıb.

Daha sonra Boğaziçi Universitetinin rektoru, professor Mehmed Özkan iki təşkilat arasında əməkdaşlığın qarşılıqlı faydasından bəhs edib və bu əməkdaşlığı ölkələr arasındakı qardaşlığın nümunəsi adlandırıb. “Məzun tədbiri” iştirakçıların diplomlarla təltif olunması və universitetdə keçirilən qeyri-rəsmi hissə ilə tamamlanıb.

Qeyd edək ki, “Kapital Bank”ın İnsan Kapitalı Akademiyası ötən il sentyabrın 14-də yaranıb və korporativ universitet modeli üzrə fəaliyyət göstərən ən böyük təsisatlardan biridir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.