İQTİSADİYYAT


® “Kapital Bank”dan Silahlı Qüvvələr Gününə özəl kampaniya

"Kapital Bank" 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə iyunun 30-dək güzəştli kredit kampaniyası təqdim edir. Kampaniya müddətində "Kapital Bank"a müraciət edən hərbçilər və güc strukturu əməkdaşları əməkhaqqının 20 mislinədək kredit əldə edə bilərlər.

Krediti maksimum 20 min manat məbləğində olmaqla 2 faiz endirimlə almaq mümkündür. Əməkhaqqını istənilən bankdan alan hərbçi və ya güc strukturlarının əməkdaşları nağd pul kreditini maksimum 48 ayadək ala bilərlər. Şərtlərə əsasən, kredit götürənlərə "BirKart" hədiyyə olunur.

Nağd pul kreditinin illik faiz dərəcəsi 19 faizdən başlayır. Kredit üçün "Kapital Bank"ın filiallarına yaxınlaşmaq, 8196 qısa nömrəsinə 1 yazıb göndərmək və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir.

Ölkənin birinci bankı olan "Kapital Bank" "PAŞA Holdinq"a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.