İQTİSADİYYAT
® “Kapital Bank”dan bütün səhiyyə işçilərinə özəl təklif
Bakı, 1 iyun, AZƏRTAC
“Kapital Bank” bütün səhiyyə işçiləri üçün yeni güzəştli kredit aksiyası təqdim edir. Kreditin aylıq ödəniş məbləği 33 manatdan başlayacaq. Aksiyadan əməkhaqqını “Kapital Bank” kartları ilə almayan səhiyyə işçiləri də yararlana biləcəklər.
Bankdan AZƏRTAC-a bildirilib ki, şərtlərə görə, kreditin illik faiz dərəcəsinə 5 faizədək endirim edilir və komissiyasız rəsmiləşdirilir. Üstəlik kredit götürənlərə “BirKart” hədiyyə olunacaq. 8 min 500 AZN-dək olan kreditlər isə zaminsiz verilə bilər. Aksiya iyunun 30-dək keçirilir.
Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300–20 min manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı - www.kapitalbank.az/loans/cash?hl=az.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.