Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Kapital Bank”ın Baş korporativ satış inzibatçısı: Məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır

®  “Kapital Bank”ın Baş korporativ satış inzibatçısı: Məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır

Son illər ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət yetirilir. Sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən həyata keçirməsi üçün banklar yeniliklər təqdim edir. Ölkənin birinci bankı olan “Kapital Bank” bu tendensiyadan geri qalmır, geniş çeşidli bank xidmətləri və məhsullarla sahibkarlara dəstək göstərmiş olur. “Kapital Bank”ın Baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə bankdakı yenilikləri AZƏRTAC-la bölüşüb.

- Fərid müəllim, son zamanlar ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət ayrılır. Bu sahəyə “Kapital Bank” da öz töhfəsini verir. Sahibkarlar niyə məhz “Kapital Bank”ı seçməlidirlər?

- Bir müddət əvvəl “Kapital Bank” kiçik və orta sahibkarlar üçün “İşinizin bir parçasıyıq” adlı layihəyə start verib və layihənin icrasını tam sürətlə davam etdirir. Layihənin məqsədi ölkə üzrə sahibkarlara bankın yeniliklərini, hazırladığı daha müasir, qeyri-ənənəvi məhsullarını təqdim etməkdir. Müştərilərimiz bir sıra yeni məhsullardan istifadə edir və yaxın gələcəkdə daha bir neçə yeni məhsul sahibkarların ixtiyarına veriləcək. Belə ki, artıq kiçik və orta sahibkarlar Azərbaycan bank bazarı üçün yeni sayılan tarif paketləri, biznes overdraft (hesabda kifayət qədər vəsait olmadıqda, müəyyən limit çərçivəsində mənfiyə çıxmaq imkanı) məhsulları və smart kassalardan istifadə edirlər. Bu məhsullar yaradılarkən müştərilərimizin tələb və maraqları nəzərə alınıb, onların bank xərclərinin daha optimal şəkildə idarə etmələrinə, qısamüddətli maliyyə ehtiyaclarının qarşılanmasına, ölkə iqtisadiyyatına daha böyük töhfələr qazandırılmasına təkan verəcək.

- Sadaladığınız məhsullar hansı üstünlüklərə malikdir?

- Tarif paketləri bank əməliyyatlarının yerinə yetirilməsi zamanı sahibkarların çəkdiyi bank xərclərinə nəzarət etməsi və xərclərin daha optimal şəkildə idarə olunması üçün əlverişli həll üsuludur. Tarif paketlərinin hər hansı bir növündən istifadə edən sahibkar, yerinə yetirdiyi bank əməliyyatlarının həcmindən asılı olaraq çəkəcəyi xərclərin məbləğini nəinki əvvəlcədən müəyyən edir, hətta uyğun olan tarif paketini özü seçə bilir. Hazırda “Kapital Bank”da sahibkarlara əməliyyatlarının həcmindən və əməliyyat növlərinin müxtəlifliyindən asılı olaraq “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” kimi tarif paketləri təklif olunur. Daha çox ölkə daxili köçürmələr edən sahibkarlar öz əməliyyatlarının həcminə uyğun olaraq “Təməl” və “Uğur” paketlərindən istifadə edə bilərlərsə, ölkə xarici köçürmələrdən istifadə edənlər isə əməliyyat dövriyyəsinin həcmindən asılı olaraq “İnkişaf” və “Zirvə” paketlərindən yararlana bilərlər. Tarif paketlərindən istifadə edən sahibkarlar standart bank tariflərinə nisbətdə 75 faizədək endirim əldə etməklə yanaşı, bir çox bank əməliyyatları və məhsullarından pulsuz istifadə etmək kimi üstünlüklər əldə edirlər.

Bu il hüquqi şəxslərin və fərdi sahibkarların qısa müddətli maliyyə ehtiyaclarının qarşılanması məqsədilə biznes overdraft məhsulu müştərilərə təqdim edilib. Sahibkarlar öz bank dövriyyələrinin 30 faizədək hissəsindən overdraft olaraq istifadə edə və məhsuldan bəhrələnən təxirə salınmaz ödənişlərin maliyyələşdirilməsi tez və çevik şəkildə reallaşdırıla bilər. Qeyd edim ki, overdarft məhsulu girovsuz olaraq təklif olunur.

Daha əvvəl qeyd etdiyim kimi, “Kapital Bank” yeni nəsil smart kassa cihazlarını da sahibkarların istifadəsinə verib. Yeni nəsil kassalar özündə kassa aparatının funksiyaları ilə yanaşı, POS-terminal, anbar uçotu sistemi, printer funksiyalarını və bir sıra digər özəllikləri birləşdirir. Yeni nəsil kassalar ödəniş kartı olmadan smartfonlar vasitəsilə təmassız ödəniş qəbulu, ekranda müştərinin imza atması və imzanın çekdə əks olunması, barkod və QR-kodların skan olunması və digər funksiyaları ilə seçilirlər. Bundan əlavə, smart kassalar müştərilərə dərhal “cashback”, millər və “BirBank” tətbiqində ürəklər qazandırmaqla yanaşı, ödənişlərini taksitlərə bölməklə həyata keçirmək imkanı verəcək. Xatırladaq ki, bu gün “Kapital Bank”ın “BirKart” taksit kartından istifadə edən 400 min nəfərdən çox müştəri var və bu istehlakçılar sahibkarların quraşdırdığı smart kassaların potensial istifadəsinə çevrilmiş olur. Smart kassaların imkanlarından biri isə, gələcəkdə onların Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiyası nəticəsində məhsulun QR (sürətli məlumat) kodunun çap olunması ilə nağdsız ödənişlərə görə qaytarılacaq 15 faiz, nağd ödənişlərə görə isə 10 faiz cashback məbləğini real rejimdə əldə etmək imkanının olmasıdır. Bu cihazların daha bir əhəmiyyətli üstünlüyü onun bankın Müştəri Bank sisteminə qoşularaq məsafədən idarə olunması və cihazı onlayn rejimdə izləmə imkanıdır. Həmçinin, bank sahibkarın istəyinə uyğun funksionalı məsafədən cihaza yükləyə bilər.

- Müştəri Bank sistemi vasitəsilə sahibkarlar nələr əldə edirlər?

- Hazırda sahibkarların banka gəlmədən bank xidmətlərindən istifadə etməsi məqsədilə “Kapital Bank” bütün sahibkarların Müştəri Bank – internet bankçılıq sisteminə qoşulmasını təşviq edir. Müştəri Bank vasitəsilə sahibkarlar həftənin 7 günü, günün 24 saatı fasiləsiz olaraq, öz hesablarlarına nəzarət etmək, köçürmələr və bir sıra digər əməliyyatların icrasını da həyata keçirmək imkanını əldə edirlər. Son günlərdə yeni təqdim edilən, əməkhaqqı kartlarının sifarişi və banka gəlmədən ölkə xaricinə köçürmə əməliyyatlarını istifadə etmək kimi əməliyyatları da Müştəri Bank vasitəsilə etmək olar. Məlumat üçün bildirim ki, Müştəri Bankın ən əsas özəlliklərindən biri də əməliyyatların əksər hissəsinin ani təsdiq ilə həyata keçməsidir. Yaxın günlərdə, həmçinin Hökumət Ödəniş Portalının ödənişləri və əməkhaqqı layihəsinə onlayn qoşulmaq imkanı da müştərilərin istifadəsinə təqdim edilib.

- “Kapital Bank”la əməkdaşlıq etmək istəyən sahibkarlar hara müraciət etməlidirlər?

- Təbii ki, bizimlə işləmək istəyən sahibkarlar bankın istənilən filialına müraciət edə bilər. Lakin bundan başqa, “Gənclik”, “Xətai”, “Səbail”, “Nəsimi”, “28 May” filialları nəzdində KOS biznes mərkəzlərimiz fəaliyyət göstərir. Əlavə olaraq qeyd edim ki, bu yaxınlarda sahibkarların daha çox cəmləşdiyi böyük məkanda, daha konkret desək, Binə Ticarət Mərkəzində yeni şöbəmiz fəaliyyətə başlayıb. Yaxın günlərdə isə Sədərək Ticarət Mərkəzində də yeni filialımızın açılışı baş tutacaq. Bu filialları açmaqda məqsədimiz sahibkarlara vahid bir mərkəzdə - “bir pəncərə” metodu ilə xidmət göstərməkdir. Hazırda ənənəvi bank məsulları ilə yanaşı, qanunvericiliklə bağlı hüquqi konsultasiya kimi sahibkarları maarifləndirmə istiqamətində də tədbirlər keçirilməkdədir.

- Gələcəkdə sahibkarları hansı yeniliklər gözləyir?

- Gözlənilən yeniliklərə misal olaraq, yaxın gələcəkdə, sahibkarlar üçün nəzərdə tutulan mobil tətbiqinin istifadəyə verilməsi də planlaşdırılır. Yeni tətbiq sahibkarlara hesabları üzrə əməliyyatların icrası və izlənilməsini smartfonlarından idarə etmək imkanı verəcək.

İstifadəyə verilməsi planlaşdırılan yeniliklər sırasında, yeni biznes kartın, həmçinin onlayn mühasibatlıq imkanının yaradılmasını qeyd edə bilərəm. Bir sözlə, əsas məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib