İQTİSADİYYAT
® “Kapital Bank”ın “Visa” kartları ilə “Macəra yaxındadır”
“Kapital Bank”ın “Visa” kart sahibləri artıq “Macəra yaxındadır” adlı kampaniyaya daxil olan təkliflərdən daha sərfəli şərtlərlə yararlana biləcəklər. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən keçirilən bu kampaniyanın əsas məqsədi daxili turizmin inkişafına töhfə vermək, pandemiya dövründə yerli turizm sənayesinə dəstək göstərməkdir.
Şərtlərə görə, dekabrın 31-dək “Kapital Bank”ın “Visa” kart sahibləri “https://macerayaxindadir.az/” saytında olan təkliflər üçün etdikləri istənilən ödənişlərdə 20 faiz keşbek əldə edə biləcəklər. Kampaniya ərzində hər bir “Visa” kart sahibi maksimum 200 AZN keşbek əldə edə bilər. Qazanılan keşbeklər təqvim ayı bitdikdən 21 iş günü sonra müştərinin kart hesabına mədaxil olunur və bu barədə SMS məlumatlandırma təqdim edilir. Fevralın 10-dan başlayaraq qeyd olunan saytdakı təkliflər üçün edilən bütün ödənişlər bu kampaniyada iştirak edir.
Qeyd edək ki, “Visa” kartlarını “Kapital Bank” filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.