İQTİSADİYYAT


® “Kapital Bank”ın daha 16 müştərisi hədiyyə qazanıb

Xəbər verdiyimiz kimi, “Kapital Bank” “BirKart” müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 

Oktyabrın 1-dək partnyor mağazalar şəbəkəsində “BirKart” ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.

Avqustun 9-da lotereyanın ikinci tirajı keçirilib və daha 16 müştəri qiymətli hədiyyələr qazanıb. Qaliblərin siyahısı sayta əlavə olunub. (www.kapitalbank.az/lotereya)

Şərtlərə görə minimum 30 manatlıq hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 9-da keçiriləcək tiraj zamanı 10 nəfər 500 manatlıq “KapitalGift” kartı, 5 nəfər iPad Mini və 1 nəfər iPhone XS əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər “Honda Civic” avtomobili qazanacaq.

Qeyd edək ki, “BirKart”ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. “BirKart” bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək “Cashback” imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, “196” Sorğu Mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün, həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250-99-99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.