İQTİSADİYYAT
® “Kapital Bank”ın dəstəyi ilə “Mədəni irsə yeni baxış” sərgisinə start verildi
Yanvarın 24-də Milli Xalça Muzeyində “Azərxalça”, “AFFFAIR” və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı ilə “Mədəni irsə yeni baxış” xalça sərgisinə start verilib. “PAŞA Holding”in, “Kapital Bank”ın və “PAŞA Bank”ın tərəfdaşlığı ilə baş tutan sərgi fevralın 10-dək davam edəcək. Sərginin açılış mərasimində ictimai və siyasi xadimlər, incəsənət nümayəndələri və məşhur xalçaçı sənətkarlar iştirak ediblər.
Sərgidə “AFFFAIR” markasının təsisçisi, dünyada məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın Azərbaycan Milli Xalça Muzeyində və Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı Muzeyində saxlanılan bir sıra xalçaları nümayiş olunacaq. Kolleksiyaya daxil olan 5 xalça nümunəsinin hər birindən məhdud sayda - cəmi 25 ədəd istehsal olunub. Bu müasir xalça nümunələrinin hərəsindən bir ədəd isə mədəni irsin qorunması, müasirləşməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə edilib.
Qeyd edək ki, müasir xalça kolleksiyasının əsas ideyası Azərbaycan xalçasının sönməz sənət mənbəyi, ailə ocağının bəzəyi, interyerə xüsusi enerji verən nadir incəsənət nümunəsi olduğunu göstərməkdir. Qarabağ Zəfərinə həsr olunan, Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.