Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Kapital Bank”ın idarə heyətinin sədri: Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır

®  “Kapital Bank”ın idarə heyətinin sədri: Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır

Son günlər COVID-19 virusunun yayılması səbəbindən dünyanın bir çox ölkələrində qeyri-sabit vəziyyət hökm sürür. İqtisadiyyatın bir çox sahələri kimi bank-maliyyə sektoru da asan olmayan günlərini yaşayır. Azərbaycanın bank sektorundakı cari vəziyyəti, atılan addımları və gələcək planları “Kapital Bank”ın idarə heyətinin sədri Rövşən Allahverdiyev şərh edib.

- Rövşən müəllim, bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri ilə enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Firkinizcə, hazırda hansı addımlar atılmalıdır?

- Bildiyiniz kimi ölkə prezidenti tərəfindən martın 19-da koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı İşçi Qrup yaradılıb. İşçi Qrupun yaradılmasından cəmi 2 həftəyə yaxın bir müddətin keçməsinə baxmayaraq, artıq müəyyən addımlar atılıb və vəziyyətin mənfi tərəflərinin azaldılması istiqamətində bir sıra qərarlar qəbul olunub. Hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır. Bunu öz çıxışında İqtisadiyyat naziri, sözügedən İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov deyib.

Hazırda dövlət dəstəyinin göstərilməsi üçün 10 proqram hazırlanıb. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Həmin fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr müəyyən edilib. Dövlət tərəfindən 2,5 milyard manat dəstəyin ayrılması ən diqqətçəkən məqamlardandır. Qeyd edim ki, nə bizim regionda, nə də MDB dövlətləri arasında iqtisadiyyatının həcminə nisbətdə (ÜDM-in 3 faizi) belə həcmli dövlət dəstəyi ayrılmayıb.

Bundan başqa, 300 mindən çox işçinin əməkhaqqının bir hissəsinin dövlət tərəfindən ödənilməsi, 292 min sahibkara iş yerinin qorunması ilə maliyyə yardımının göstərilməsi, biznes sahəsinə vergi güzəştlərinin və sahibkarların bank kreditlərinə imtiyazların verilməsi, ipoteka kreditlərinin dəstəklənməsi və ən mühüm də şəffaf işləyən sahibkarlara kömək edilməsi diqqət çəkən məqamlardandır.

“Kapital Bank” da ölkədə bank sektoru ilə yanaşı, özəl sektorda ən çox işəgötürən şirkət kimi tanınır. Hazırda bizim 3500-dək əməkdaşımız va. Xüsusi vurğulamaq istərdim ki, bank tərəfindən əməkdaşlar və məvaciblərlə bağlı heç bir ixtisar və ya məhdudiyyətlər nəzərdə tutulmayıb. Diqqətçəkən məqamlardan biri də İşçi Qrupunun əhalinin vəziyyətinin dəstəklənməsinə yönəlik müavinət, sosial yardım və sair kimi sosial paketlər üçün hazırladığı xüsusi proqramdır. Bu proqram çərçivəsində sosial baxımdan həssas əhali təbəqəsinə aid edilən tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, əhalinin kommunal ödənişlərinə güzəştli limitlərin tətbiqi kimi tədbirlər həyata keçiriləcək. Bu da dövlətin hər bir vətəndaşa olan qayğısını təcəssüm etdirir.

Bütün atılan addımlar bir daha sübut edir ki, dövlətimiz tərəfindən hadisələr hərtərəfli təhlil edilir, baş verə biləcək proseslər proqnozlaşdırılır və onların aradan qaldırılması üçün bütün zəruri işlər görülür.

- Xüsusi karantin rejimi çərçivəsində olan qadağalar günü-gündən sərtləşdirilir və insanların gündəlik sosial-iqtisadi həyatına təsir göstərir. Bank sektorunda hazırda vəziyyət nə yerdədir?

- Təbii ki, iqtisadiyyatın bütün sahələri kimi bank sektoru da asan olmayan şəraitdə işləməli və müştəriləri dəstəkləmək üçün müəyyən addımlar atmalıdır. Bildiyiniz kimi, insanların qapalı yerlərdə kütləvi toplanmağını minimuma endirmək üçün ölkəmizdə bütün lazımi tədbirlər həyata keçirilir. Ölkə başçısının göstərişləri və Mərkəzi Bankın bir sıra tövsiyələri nəzərə alınmaqla hazırda bank filialları tam iş rejimi ilə, bütün təhlükəsizlik qaydalarına əməl etməklə müştərilərə xidmət göstərir. Kommersiya bankları əlindən gələni edir ki, bu asan olmayan zamanda müştərilərin bank əməliyyatlarını asanlaşdıraraq onların tələbatlarını ödəsinlər. Əgər 1-2 ay əvvəlki dövrə qədər banklar yeni müştərilər cəlb etmək uğrunda “mübarizə” aparırdılarsa, hazırda banklar mövcud müştərilərin dəstəklənməsi, sahibkarlara endirim və güzəştlərin təqdim edilməsi, müştərilərin banka fiziki müraciətlərinin sayının azaldılması istiqamətində fəaliyyət göstərir. Burada xüsusi olaraq qeyd etmək istərdim ki, “Kapital Bank” müştərilərinin arasında təqaüdçülər də az deyil. Təbii ki, biz onları da yaddan çıxara bilməzdik. Hazırda yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılır. Həmçinin təqaüd kartlarının vaxtı bitmiş mövcud müştərilərin kartlarının istifadə müddəti 3 ay uzadılıb.

- “Kapital Bank” ölkənin ən iri banklarından biridir. Həm kredit portfeli, həm əhatə dairəsinə görə digər banklardan fərqlənir. Bəs, siz mövcud vəziyyətdə hansı addımları atmağı planlaşdırırsınız?

- “Kapital Bank” ölkənin bütün regionlarında təmsil olunaraq 115 xidmət nöqtəsi ilə ən böyük şəbəkəyə malik bankdır. Tərəfimizdən istehlak kreditləri ilə yanaşı, ipoteka, kiçik və orta sahibkarlıq, biznes və sair kreditlər də verilir. Aprelin 1-nə istehlak kreditləri portfelimiz 1,4 milyard manat, hüquqi şəxslərə verilən kreditlər 640 milyon manat, ipoteka portfelimiz isə 57 milyon manat təşkil edir.

Hazırda ən çox zərər çəkən sahələrdən biri mikro və kiçik sahibkarlıqdır. Dövlət dəstək proqramı çərçivəsində bu sahəyə böyük diqqət ayırıb. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramının icrasına yarım milyard manat vəsait ayrılıb. Həmçinin 15 faizlə verilən bu kredit faizlərinin yarısı, daha dəqiq desək 7,5 faizi dövlət tərəfindən ödəniləcək. Biz də sistem əhəmiyyətli bank olaraq bu cür tədbirləri dəstəkləyirik və həm sahibkar, həm hüquqi şəxs olan müştərilərimizə güzəştlər etməyə hazırıq.

Qeyd edim ki, son illər ərzində, xüsusən də indiki şəraitdə dövlət tərəfindən dəstəklənən əsas istiqamətlərdən biri ipoteka kreditləşməsidir. Bu sahə “Kapital Bank” üçün də strateji prioritet istiqamətlərdən biridir. Belə ki, ilin əvvəlində bankımıza İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılan 10 milyon manat vəsaitin demək olar ki, yarısı artıq istifadə olunub. Əlavə olaraq, cari strateji dövr üçün “Kapital Bank” tərəfindən 100 milyon manat məbləğində kommersiya ipotekasının verilməsi də nəzərdə tutulub. Artıq bununla bağlı bəzi partnyor şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb.

Bir məsələni də vurğulayım ki, Prezident İlham Əliyevin regionlarda vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrini rəhbər tutaraq regionlar üzrə insanların mənzilə olan tələbatını ödəmək üçün bank tərəfindən sosialyönümlü ipoteka məhsulu da hazırlanıb. Yaxın zamanda bu məhsulun satışına başlanılacaq. Həmçinin qeyd edim ki, İşçi Qrupunun hazırladığı tədbirlər planı çərçivəsində ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi göstərilməsi üçün də əlavə vəsait ayrılacaq. Buna istinadən biz də öhdəmizə düşən lazımi addımları atmağa hazırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?