İQTİSADİYYAT


® Kapital Bankın kart sahibləri əlavə keşbek qazanacaqlar!

Bakı, 11 may, AZƏRTAC

Kapital Bankın Mastercard və Maestro kart sahibləri üçün yeni qazandıran aksiya keçirilir. Şərtlərə görə, Mastercard və Maestro kart sahibləri istənilən NFC ödənişləri həyata keçirən zaman, ilk 5 əməliyyatın hər birinə görə 1 AZN, 5-ci əməliyyat zamanı isə əlavə olaraq 5 AZN keşbek qazanacaqlar.

Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiyada iştirak etmək üçün minimal ödəniş məbləği 5 AZN təşkil etməlidir. 8 iyun 2021-ci il tarixinədək davam edəcək aksiyada müştərilər hər Mastercard və Maestro kartları üzrə yalnız 1 dəfə yararlanaraq, əlavə 10 AZN qazana bilərlər.

Qeyd edək ki, android əməliyyat sisteminin istifadəçiləri BirBank mobil tətbiqində NFC ödənişləri üçün Kapital Bankın istənilən Mastercard və Maestro ödəniş kartını əlavə etməklə, ödənişləri həyata keçirə bilərlər. Bu zaman telefonu POS-terminala yaxınlaşdırmaq kifayətdir. Aksiya barədə əlavə məlumatı saytdan almaq mümkündür – https://kbl.az/bmcnc .

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerində digital kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az  və ya 196 Məlumat Mərkəzi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.