İQTİSADİYYAT
® “Kapital Bank”ın strukturunda dəyişikliklər və yeni təyinatlar olub
"Kapital Bank"ın strukturunda dəyişikliklər və yeni təyinatlar olub.
Müştəri menecmenti departamentinin direktoru Samir Məmmədov baş marketinq inzibatçısı, komplayens departamentinin direktoru Kamal Abdullayev baş komplayens inzibatçısı vəzifəsinə təyin olunub. Bank məhsulları departamentinin direktoru İqbal Rüstəmov idarə heyəti sədrinin müşaviri təyin edilib.
Həmçinin İlahə Qazıyeva əməliyyat departamentinin, Nəsimi Xasıyev kiçik və orta sahibkarlarla iş departamentinin, Tural Ayvazlı isə filial şəbəkəsinin idarə edilməsi departamentinin direktoru təyin olunub.
IT infrastruktur departamentinin direktoru Renad Cəfərov bank sistemlərinin idarə edilməsi departamentinin direktoru təyin edilib.
Bundan başqa, hüquq departamentinin adı dəyişərək hüquq və komplayens departamenti, IT innovasiya və inkişaf departamenti isə informasiya sistemlərinin İnkişafı departamenti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]