İQTİSADİYYAT


® “Kapital Bank”la onlayn satışlar daha rahat və sərfəlidir

Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir sıra mağazalar onlayn fəaliyyət göstərir. Bunu nəzərə alaraq “Kapital Bank”la əməkdaşlıq etmək istəyən Elektron Ticarət (e-Commerce) ilə məşğul olan şirkətlər bir sıra endirim və güzəştlərdən bəhrələnə bilərlər.

Belə ki, e-Commerce sahəsində “Kapital Bank”la əməkdaşlıq etmək istəyən sahibkarlara, dövriyyələrindən asılı olaraq xidmət komissiyalarına 0,7 faizdən başlayan tariflər təqdim edilir. Bundan başqa, xidmətə qoşulma, aylıq/illik xidmət haqqı, texniki dəstək, Müştəri Bank sisteminə qoşulma tam olaraq pulsuz təqdim edilir.

Müraciət etmək istəyənlər (+994 50) 245 10 60, (+994 51) 206 52 49 nömrələri və ya “ecommerce@kapitalbank.az” ünvanı ilə əlaqə saxlaya bilərlər. Xidmətlər barədə ətraflı məlumatı saytdan əldə etmək olar – “https://kbl.az/e-commerce”.

Bundan başqa, sahibkarlar qapıda ödəniş etmək istəyən müştərilər üçün yeni nəsil smart kassaları da “Kapital Bank”dan əldə edə bilərlər. Yeni nəsil “ağıllı” kassalar – POS-terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, cash-back və millərin dərhal hesablanması, “BirBank” ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, barkodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.