İQTİSADİYYAT


® “Karmen” ununun topdansatış qiyməti yenidən aşağı salınıb

Bir neçə gün öncə istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə imkanı yarandığı üçün "Karat Holdinq" MMC istehsal etdiyi 1 kisə 50 kiloqramlıq "Karmen" ununun topdansatış qiymətini 25,95 manatdan 25,45 manata endirib.

İdxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin yenidən aşağı salınması imkanı yaradıb və bununla əlaqədar unun topdansatış qiyməti təkrar aşağı salınaraq 1 kisə 50 kiloqramlıq "Karmen" ununun topdansatış qiyməti 24,95 manat müəyyən edilib.

Məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq.

"Karat Holdinq" MMC bundan sonra da istehlakçılara yüksəkkeyfiyyətli və sərfəli qiymətlərlə mal təqdim olunması istiqamətində səylərini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.