İQTİSADİYYAT
® “Kartmane” ilə bütün turizm agentlikləri və hotellərdə 10 faiz keşbek
Avqustun 1-dən etibarən “Kartmane” ilə ölkənin, eləcə də dünyanın istənilən turizm agentliyi və hotellərində ödənişlər keşbek qazandıracaq. Belə ki, əgər “Rabita Mobile” tətbiqində “Kartmane” üçün seçdiyiniz keşbek növü “YDM&Restoranlar” və ya “Marketlər&Restoranlar” olarsa, 10 faiz keşbek, “Bütün ödənişlərə” olarsa, kampaniya müddəti boyunca 3 faiz keşbek qazanacaqlar. “YDM&Restoranlar” və “Marketlər&Restoranlar” keşbek növləri üzrə aylıq minimal 800 AZN dövriyə tələbi yerinə yetirilməlidir. Kampaniya dövrü ərzində “Kartmane” ilə müştərilər xarici valyuta üzrə tur şirkətləri və otellərdə 0.5 faiz deyil, 1.5 faiz keşbek qazanacaqlar.
Keşbek növlərinin digər şərtləri isə olduğu kimi qalır. “YDM&Restoranlar” və “Marketlər&Restoranlar” keşbek növləri üzrə kampaniyadan ay ərzində maksimal 50 AZN, “Bütün ödənişlərə” keşbek növü üzrə isə aylıq maksimal 200 AZN keşbek qazanıla bilər. Keşbek növünü dəyişmək üçün “Rabita Mobilə” tətbiqindən istifadə edin. İlk dəfə keşbek növü dəyişmək ödənişsiz, digər cəhdlərdə isə 4.99 AZN təşkil edəcək.
Kampaniya sentyabrın 30-dək davam edəcək. “Kartmane” sifarişini onlayn qaydada “Rabitəbank”ın rəsmi saytından (http://rbt.az/krtmn), “Rabita Mobile” tətbiqindən, teleqram və messencerdə “RabitaBot” vasitəsilə həyata keçirə bilərsiniz. Ətraflı məlumat üçün 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
“Kartmane” ilə həmişə gəzməklərdə!
"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.