İQTİSADİYYAT
® “Kartmane” sahibləri 2020-ci ildə 660 min manatdan çox keşbek qazanıblar
“Rabitəbank”ın eksklüziv üstünlüklərə malik keşbek kartı “Kartmane” sahiblərini sevindirməyə davam edir. 2020-ci ildə “Kartmane” sahiblərinin qazandığı keşbek bonusu 660 min AZN-dən çox olub.
“Rabitəbank”ın 52 mindən çox müştərisi “Kartmane” vasitəsilə alış-verişdən yerindəcə keşbek bonusları əldə edir. Ümumiyyətlə özündə çox sayda üstünlükləri toplayan təkrarsız “Kartmane” ilə müştərilər istənilən YDM-lərdən 10 faiz, bütün kafe və restoranlardan 5 faiz, hər alış-verişlərdən isə 2 faiz keşbek əldə edə biləcəklər. 400-dən çox tərəfdaş şəbəkəsindən isə “Kartmane” 25 faizədək keşbek təklif edir. “Rabitəbank”ın mobil əlavəsi isə “Kartmane” sahiblərinin işini bir az daha rahatlaşdırır. “Rabita Mobile”ın rahat funksionallığı sayəsində qazanılmış keşbek bonuslarını asanlıqla izləmək və kartın balansına köçürmək mümkündür.
“Kartmane” sayəsində qazancınız təkcə keşbek məbləği deyil, həmçinin kartdakı pulun qalığına 6 faiz əlavə ediləcək və həmin vəsaiti heç bir əmanət cəriməsi ödəmədən nağdlaşdırmaq mümkün olacaq. Təkcə 2020-ci ildə “Kartmane”nin müştərilərə qazandırdığı depozit gəliri 354 min 772 AZN olub.
“Kartmane” “Telegram” kanalı vasitəsilə bankın tərəfdaşlıq etdiyi mağazalar şəbəkəsinin özünəməxsus və “Kartmane”yə özəl kampaniyaları barədə operativ bildirişlər almaq mümkündür. “Kartmane” ilə məbləği nağdlaşdırmaq da sərfəlidir - istənilən bank ATM-dən ayda 5 dəfə komissiyasız nağdlaşdıra bilərsiniz.
Siz də “Kartmane” sifariş edərək harada olmağınızdan asılı olmayaraq üstünlüklərlə yaşayın. Onlayn sifariş zamanı kartın çatdırılması ödənişsizdir. Sifariş etmək üçün heç yerə getmədən və heç hara zəng etmədən, sadəcə “Rabita Mobile” tətbiqi, “RabitaBot” çatbotu və ya rəsmi vebsayta keçid edə bilərsiniz - http://rbt.az/kart-kesbek
"Rabitəbank" ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.