CƏMİYYƏT


® Kəskin orta otit və onun fəsadları

Bakı, 30 oktyabr, AZƏRTAC 

Qulaq-burun boğaz həkimlərinə ən çox müraciət olunan xəstəliklərdən biri də kəskin orta otitdir (orta qulaq iltihabı) .

Bu barədə AZƏRTAC-a müsahibəsində Caspian İnternational Hospitalın otolarinqoloqu Günel Məmmədova məlumat verib.

Həkim deyib: “Xəstəlik zamanı qulaq pərdəsinin içəri tərəfində yəni zarla daxili qulaq arasında iltihab yığılır. Bu xəstəliyə hər yaşda rast gəlinsə də əksər halda uşaqlarda daha çox müşahidə olunur. Uşaqların 80 faizində 3 yaşına gələnə qədər ən az bir dəfə orta qulaq iltihabı olur. Problemin bir sıra yaranma səbəbləri var. Bunlara üst tənəffüs yolu iltihabı xəstəliklərin artdığı payız və qış ayları, sıxlıq olan yerlər (uşaq bağçası ,məktəb), siqaret dumanına məruz qalmaq və s. aiddir. Xəstəliyin yaranmasının ən çox rast gəlinən səbəbi isə yevstaxi borusunun inkişafını tamamlamamış olması və anatomik xüsusiyyətləri səbəbi ilə mikrobların burun–udlaqdan orta qulağa asan keçməsidir”.

Günel Məmmədova problemin özünü qulaq ağrısı, yüksək hərarət, qulaqda axıntı, iştahasızlıq, qusma, qulaqda dolğunluq və eşitmənin zəifləməsi ilə büruzə verdiyini deyib: “Müayinə zamanı diaqnoz qoymaq çox asandır. Müalicə zamanı isə 10 gün oral (ağızdan) antibiotik və ağrıkəsici vermək, eyni zamanda burunda tutulmanın qarşısını alan damcılardan istifadə etmək yetərlidir”.

Həkim xəstəliyin nadir hallarda üz iflici, meningit, beyin absesi kimi ağırlaşmalarının ola biləcəyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.